Xəbər lenti
"İctimai nəqliyyatda qiymətlər yenidən bahalaşacaq" – Ekspertdən AÇIQLAMA
“Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Bu isə ictimai nəqliyyatda bahalşmaya səbəb ola bilər”.
Manevr.az xəbər verir ki, bunu bizimyol.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O deyib ki, bu qərardan sonra ölkəyə yeni gətiriləcək ictimai nəqliyyat xidmətində istifadə olunacaq avtobusların idxalı baha başa gələcək: “Nəticədə gələcəkdə ictimai nəqliyyatda gediş haqqı artırıla bilər”.
Ekspertin sözlərinə görə, yük daşımaçılığı xidmətində də qiymətlərin artması qaçılmaz olacaq:
“Çünki aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Deməli, logistika üçün ölkəyə yeni gətirilən nəqliyyat vasitələrinin qiyməti baha başa gələcək ki, bu da daşımaçılıq xidmətində qiymət artımına səbəb olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar