Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Mən hələ təsəvvür edə bilmirəm ki, 200 manat məvacib olsun"

Tarix: 16-11-2018 14:50     Baxış: 3555 A- / A+
"Mən hələ təsəvvür edə bilmirəm ki, 200 manat məvacib olsun"

Siz 200 manat maaşı təsəvvür edə bilirsiz? Şəxsən, mən təsəvvür edə bilmirəm. Bəlkə də belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər ən az maaş alan onlardır.

Manevr.az
qafqazinfo-ya istinadən xəbər verir ki, bunu millət vəkili Elmira Axundova parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edərkən deyib.

Millət vəkili sosial sığorta ilə bağlı bəzi dəyişikiliklərə də etiraz edib: "Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma 8 min manat alanlardan tutulmayacaq? Belə bir şey olar? Özü də Azərbaycanda məgər 8 min manat maaş alan var? Bəlkə siz tanıyırsız belələrini?! Olsa da, 50-100 nəfər... Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın mən hələ təsəvvür edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu biabırçılıqdır".

Millət vəkili bu cür addımlardansa, zərərli, zəhərli içkilərlə bağlı addımların atılmasının vacibliyini dilə gətirib:

"Bu məsələdə addımlar atılmalıdır, içkilərin qiymətlərini, aksiz dərəcələrini artırmaq lazımdır, 40, 50 manat etmək gərəkdir ki, kimsə gecə gedib, onu ala bilməsin, zəhərlənməsin, pis vərdişlərə yiyələnməsin. Bəlkə, biz mafiyalardan qorxuruq? Qorxmamalıyıq!"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar