Xəbər lenti
Rəsmi qurum ekoloqun sərt qış proqnozunu təsdiq etmədi

Nazirlik: “Hələ məlum deyil ki, qış aylarında temperatur necə olacaq”
Azərbaycanda bu il qışın çox sərt keçəcəyi ilə bağlı şərhlər verilir. Belə ki, ekoloq Telman Zeynalov oxu.az saytına bildirib ki, artıq indidən müvafiq qurumlar Azərbaycanda sərt qışa hazırlaşmalıdırlar.
Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək:
“Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla üzləşib”, - deyə ekoloq qeyd edib.
Telman Zeynalov qeyd edib ki, son illər Günəş ləkələrinin sayında azalma müşahidə olunur (Günəş ləkələri maqnit enerjisi ehtiyatlarını xarakterizə edir, daha dəqiq desək, Günəş ləkələri Günəşdəki partlayışların enerjiyə çevrilməsi nəticəsində yaranmış ehtiyatlardır).
“Günəş tacının qütblərində tüğyan edən qasırğalar zəifləyir, Günəşdəki reaktiv axıntılar yoxa çıxır. Bu, onu göstərir ki, Günəşin daha az aktivlik dövrü başlayır. Bütün bunlar bu qışdan etibarən özünü göstərməyə başlayacaq”, - deyə ekspert bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar