Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Mikayıl Cabbarova ali təhsildə hərtərfli islahatlar aparmasına mane oldular"

Tarix: 16-11-2018 10:14     Baxış: 3254 A- / A+
"Mikayıl Cabbarova ali təhsildə hərtərfli islahatlar aparmasına mane oldular"

Dünən Bakı Dövlət universitetinin rektoru Abel Məhərrəmovun işdən çıxarılması təhsil sahəsindəki mütəxəssisləri də çox çaşdırdı. Təhsil eksperti Etibar Əliyev moderator.az-a açıqlamasında bunları bildirib:

"Səhv etmirəmsə, 2011-ci ildə yazdığım bir məqaləmdə Bakı Dövlət Universitetində baş alıb gedən özbaşınalıqlar, təhsilin keyfiyyətinin ilbəil aşağı düşməsindən bəhs etmişdim. Həmin məqalədə "Bakı Universiteti" qəzetinin 14 sentyabr 1991-ci il tarixli sayında dərc olunan Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevə qarşı BDU-nun professor-müəllim heyətinin imzaladığı bəyanatda Abel Məhərrəmovun da adının olmasını göstərmişdim. Qəzetin həmin sayını qəzet redaktorlarının birinə vermişdim. Abel Məhərrəmov məni və qəzeti məhkəmə ilə hədələyəndə həmin redaktordan qəzeti istədim. Lakin o qəzeti itirdiyini dedi. Mərkəzi kitabxanada həmin qəzetdə bir nəfərin adını pozub, Yusif Seyidovun adını yazıblar. Mən bu müqəddəs ali məktəbdəki vəziyyət barədə zaman-zaman silsilə yazılarla çıxış etmişəm. Lakin bəzi nadanlar bunu qərəzli hesab edərək, Abel Məhərrəmovu müdafiə edirdilər. İndi o artıq vəzifədə olmadığından bu barədə çox danışmaq istəmirəm. Mənim 10 il bundan qabaq söylədiklərimi indi deyirlər. Hələ elə şeylər deyiləcək ki, adamın ayağının altından yer qaçacaq. Bakı Dövlət Universiteti fundamental elmlərin beşiyi olub. Bizim vaxtımızda Hüquq fakültəsi bu elmlərin kölgəsində qalırdı. İndi tətbiqi riyaziyyat, mexanika riyaziyyat, fizika, kimya fakültələri hüquq fakültəsinin kölgəsində qalır. Elə bil ki, bu adlı fakültələr yoxdur. Burada hansı böyük alimlərin çalışdığını saymaqla qurtarmaq olmaz. Yeni təyin olunacaq rektor fundamental elmləri dirçəltmək kimi mühüm bir problemi həll etməyə çalışmalıdır. Məni düşündürən başqa bir məsələ var. Çalışdığı sahəni dağıdan, işgüzar mühiti bilərəkdən pozan, insanları dövlətdən narazı salan məmurlar barədə prezidentə düzgün məlumat verilmir. İndi diqqət edin: işıqla bağlı ciddi problem yaranmasaydı Etibar Pirverdiyevin əməlləri, ölkədə vergi sisteminin çökdürülməsi olmasaydı Fazil Məmmədovun əməlləri, Elmar Vəliyev güllələnməsəydi onun əməlləri, Gədəbəyin keçmiş İcra başçısı Ramiz Yediyarovun sahibkarlara divan tutmasını Hafiz Hacıyev söyləməsəydi onun əməlləri, Tağı Əhmədov kobud və harın davranışlarını büruzə verməsəydi onun əməlləri, Eldar Mahmudov və Əli Abbasovun Dövlətə arxadan vurduqları zərbələr aşkara çıxmasaydı hər ikisinin əməlləri ifşa olunmazdı və onların əksəriyyəti bəlkə də vəzifələrində qalmışdılar. Keçmiş Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin məcarasını da bura əlavə etmək olar. Belə çıxır ki, çaxır işi olmasaydı, Məhərrəmov universitet üzərində mütləq hakimiyyətini davam etdirəcəkdi. Bizdə hadisələr məmurların axırına çıxır. On illərlə rəhbərlik etdikləri sahəyə dədələrindən qalma miras kimi baxırlar. Bu adamların dövlətçilik təfəkkürü yoxdur, böyük titullara sahib çıxmalarına baxmayaraq, informasiya cəmiyyətinin mahiyyətini bilmirlər. Bu adamlar başa düşmürlər ki, artıq idarəetmənin fəlsəfəsi dəyişib. Uyğunlaşmayanı sistemin özü kənara atır. Yeni kadr təyinatları artıq cəmiyyətdə də yaxşı qarşılanır. Söhbət ali təhsildən gedirsə, son dövrlərin rektor təyinatlarının nə dərəcədə uğurlu olmasını cəmiyyət artıq görür. Ali təhsildə xeyli canlanma var. Mən Ədalət Muradov, Cəfər Cəfərov, Mustafa Babanlı, Elmar Qasımovun rektor təyinatlarını nəzərdə tuturam. Bir tərəfdə islahatlar aparılır, digər tərəfdə isə ali məktəb feodal təfəkkürlə idarə olunur. Belə davam edə bilməzdi. Bir mühüm məsələni də qeyd edim: Mikayıl Cabbarova ali təhsildə hərtərfli islahatlar aparmasına mane oldular. Biz bunun şahidi olmuşuq. Əgər maneçiliklər olmasaydı, son rüsvayçı olay dövlətin imicinə bu qədər zərbə vurmazdı."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar