Xəbər lenti
Nazir müavini vəzifəsindən azad edildi - İlqar Rəhimov 20 illik vəzifəsini itirdi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.
Manevr.az unikal.org-a istinadən xəbər verir ki, İlqar Rəhimov 10 gündür tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, bu ilin oktyabrın 31-də Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.
Manevr.az bildirir ki, İlqar Rəhimovun işdən çıxarılması ilə bağlı sərəncam elan olunmasa da, hazırda nazirliyin saytında nazir müavinləri sırasında onun adı yoxdur. Görünən odur ki, Prezidentin sərəncamı ilə təyin olunan iki müavindən biri İ.Rəhimovun yerinə gətirilib.
Xatırladaq ki, İlqar Rəhimov 20 ilə yaxındır ki, bu vəzifədə çalışırdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar