Xəbər lenti
Parkda şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara DİN-dən - Reaksiya
Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov report-un sorğusuna cavab olaraq deyib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz İnstagram səhifəsində paylaşıb:
"Sonradan ucuz reytinq arxasınca qaçan bəzi az tanınan saytlarımız həmin fotoları götürərək öz səhifələrində yerləşdiriblər və iddia ediblər ki, guya bu şəkillər Abşeronda - daha dəqiq, Xırdalanda yerləşən parklardan birində çəkilib. Həmin fotoların hansı ölkədə çəkildiyi də müəyyən edilib. Belə ki, araşdırmalar zamanı o da məlum olub ki, fotolar hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim başqa bir dövlətin ərazisində çəkilib və bir müddət əvvəl də elə həmin ölkənin mətbuatında dərc edilərək geniş müzakirə olunub. Sensasiya arxasınca qaçan bizim bəzi saytlarımız isə bilərəkdən heç bir dəqiqləşdirmə aparmadan bu fotoların guya Abşeronda çəkildiyini bildirərək əhali arasında çaşqınlıq və vahimə yaratmağa cəhd göstəriblər ki, bu da ən azından təəssüf doğurmaya bilməz".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar