Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlər attestasiyadan keçiriləcək - TƏKLİF

Tarix: 13-11-2018 15:13     Baxış: 5159 A- / A+
Jurnalistlər attestasiyadan keçiriləcək - TƏKLİF

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında yer alan tapşırıqlara uyğun olaraq hazırladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın əsas maddələri açıqlanıb.

Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu deyib ki, tədbirlər planında 30-dan çox maddə əksini tapıb: “Maddələrə “Ölkə üzrə Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi”, “Həyatın müxtəlif sahələrində inkişafla əlaqədar olan yeni anlayışların sistemli şəkildə müəyyənləşdirilməsi və Dövlət Dil Komissiyasına təqdim edilməsi”, “Dilə daxil olan alınma sözlərin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi”, “Yeni sözlər bülleteninin nəşri”, “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” və s. daxildir”.
Onun sözlərinə görə, Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi məsələsinə AMEA nəzarət
edəcək./report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar