Xəbər lenti
"Heç bir qiymət artımından söhbət gedə bilməz" - Vahid Əhmədovdan ŞAD XƏBƏR
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Azərbaycanda kommunal ödənişlərin artırılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
V.Əhmədov demokrat.az-a açıqlamasında bu cür xəbərlərin şayə olduğunu söyləyib:
"Bu cür xəbərləri əsassız hesab edirəm. Bizdə bununla bağlı hər hansı məlumat yoxdur. Hazırda Dövlət Büdcəsi ilə bağlı müzakirələr gedir. Burada da kommunal ödənişlərin artırılması ilə bağlı hər hansı məsələni eşitməmişik. Ümumiyyətlə, hazırda buna heç bir ehtiyac da yoxdur. Çünki insanların müəyyən problemləri mövcuddur. Onları həll etmək üçün maaşları artırmaq və sairə məsələlər gündəmdədir. Ona görə də kommunal ödənişlərin artırılması ilə bağlı məsələ gündəmə gəlməməlidir. Belə başa düşürəm ki, hələlik heç bir qiymət artımımdan söhbət gedə bilməz".
Uşaqpulularının bərpa edilməsi məsələsinə də toxunan V.Əhmədov deyib ki, bu cür addımlara ehtiyac var:
"Mən uşaqpulularının bərpa edilməsi məsələsilə bağlı Milli Məclisdə sözümü demişəm. İndi Dövlət Büdcəsinin müzakirəsi gedir. Baxaq görək, büdcə ilə bağlı hansı qərarlar qəbul olunacaq. Hazırda da uşaqpulularının bərpası məsələsi gündəmdədir".
Deputat qeyd edib ki, Azərbaycanda yeni doğulan uşaqların adına Dövlət Neft Fondundan müvafiq vəsaitin ayrılması ilə bağlı da təkliflər mövcuddur:
"Bu cür təkliflər çoxdan var. Buna bənzər nümunələr bir sıra neft ixrac edən ölkələrdə mövcuddur. Xüsusilə də ərəb ölkələrində uşaq doğulan zaman banklarda onun adına 10-15 min dollar vəsait yatırılır. Uşaq 18 yaşına çatana qədər artıq adına böyük vəsait toplanır. Bu cür təkliflər Azərbaycanda da var. Amma hələlik bu təklif olaraq qalır. Reallıqda bu necə olacaq, onu zaman göstərəcək. Hələlik bizim Dağlıq Qarabağ kimi problemimiz var. Gərək birinci bu problem həll olunsun ki, sonra yığılan vəsaiti istənilən sahəyə ayırmaq olar".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar