Xəbər lenti
Zəvvarlarımızın üzləşdikləri “Kərbəla müsibəti”: Qurbanlar...
Kərbəla müsibətini yad etmək üçün azərbaycanlılar sözün əsl mənasında “Kərbəla müsibəti” yaşayıblar.
Manevr.az xəbər verir ki, publika.az Ərbəin mərasimdə iştirak etmək üçün İrandan keçərək, İraqa – Nəcəf və Kərbəlaya gedən azərbaycanlı zəvvarların üzləşdikləri problemləri araşdırıb.
Oğurluq
Zəvvarların üzləşdikləri ən böyük problemlərdən biri oğurluq hallarıdır. Ərbəin mərasimində iştirak etmək üçün İraqa səfər edən Azərbaycan vətəndaşı Həkimə Əliyeva oğurluqla qarşılaşan zəvvarlardan biridir. Məlumata görə, onun bütün pulu və sənədlərinin olduğu çantası oğurlanıb. Bundan sonra İran polisinə müraciət edən Azərbaycan vətəndaşı ciddi çətinliklərlə üzləşib. İran polisinin süründürməçiliyi və laqeyd münasibəti ilə qarşılaşan azərbaycanlı zəvvar günlərlə çətinlik yaşayıb. Sonda yalnız Azərbaycanın İrandakı səfirliyinin müdaxiləsi sayəsində Vətənə qayıda bilib.
Lakin bu oğurluq faktlarından yalnız biridir. Zəvvarlar yolboyu daim belə hallarla qarşılaşdıqlarını, yüzlərlə oğurluq hadisəsinin baş verdiyini deyirlər.
İranda azərbaycanlı zəvvarlara münasibət
Azərbaycanlı zəvvarlar ən çox Kərbəlaya baş çəkib Ərbəin mərasimində iştirakdan qayıdan zaman çətinliklərlə üzləşdiklərini deyirlər. Onlara ən çox problem yaradan isə İran polisi və sərhədçiləridir. Digər ölkələrdən gələnlərlə müqayisədə azərbaycanlılara 3-cü, 4-cü təbəqənin insanı kimi yanaşan İran sərhədçiləri və polisləri ciddi süründürməçilik yaradırlar.
İtkin düşənlər, yaxud “insan alveri”nin qurbanları
Ərbəin mərasimində iştirak etmək üçün İraqa gedən azərbaycanlı zəvvarlardan ikisi itkin düşüb. İtkin düşən Masallı rayon sakini,1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu polislər tərəfindən saxlanılıb. Məlumata görə, gecə yarısı zəvvar qrupundan ayrılan Hüseyn Fətullayev Nəcəf-Kərbəla yolunda park edilən avtomobillərin birinə daxil olaraq yatıb. Lakin yoldan keçən avtomobillərdən biri onun içində olduğu avtomobillə toqquşaraq qəza törədib. Nəticədə İraq polisi onu saxlayaraq, təcridxanaya aparıb.
H. Fətullayevin əqli qüsuru olduğu deyilir. Lakin həbsxanadan buraxılması üçün cərimə ödəməsi tələb olunur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, zəvvarları aparan şirkət cəriməni ödəməkdən boyun qaçırdığı üçün Azərbaycan vətəndaşı hazırda İraq həbsxanasındadır. Rahim Həsənli adlı sosial şəbəkə istifadəçisi bu haqda yazır: “Azərbaycanlı zəvvarları Ərbəin mərasimində iştirak üçün İraqa aparan şirkət 100 minlərlə dollar pul qazanır, lakin zərəri ödəmək istəmir. Qrup rəhbəri qoca kişidir, qalıb yollarda, amma şirkətin heç bir nümayəndəsi onunla maraqlanmır. Valideynləri ah-nalə edirlər”.
Oktyabrın 27-də isə Cəlilabad rayon sakini 1987-ci il təvəllüdlü Əliyev İsmayıl İntiqam oğlu da Nəcəf-Kərbəla yolunda yoxa çıxıb. Onun taleyi məlum deyil.
Məlumatlara görə, itkin düşənlərin, zəvvar qrupundan ayrı düşərək, yolda qalanların sayı kifayət qədər olur. Hətta qadın zəvvarların daha çox itməsi halları qeydə alınır. Bu isə birmənalı fikir yaratmır. Misal üçün, sosial şəbəkələrdə ötən il Kərbəlaya gedərkən yolda yoxa çıxan qadın zəvvarın “insan alveri”nin qurbanı olduğuna dair məlumatlar yayılıb.
Səfər təşkilatçılarının fırıldaqları
Azərbaycanda İranın Məşhəd və Qum, İraqın Kərbəla və Nəcəf şəhərlərində yerləşən ziyarətgahlara zəvvar aparan 40-a qədər turizm şirkəti, 250-dən çox isə qrup rəhbərinin fəaliyyət göstərdiyi deyilir. Onlardan əksəriyyəti dövlət qeydiyyatından keçməyib. Bu isə məsuliyyət məsələsində problemlər yaradır. Azərbaycanlı zəvvarların üzləşdikləri ən böyük problemlərdən biri məhz səfəri təşkil edən qruplardır. Məlumatlara görə, daha çox İrana bağlı olan bu qruplar zəvvarları bu Azərbaycan-İran sərhədindən keçirəndən sonra yoxa çıxırlar. Zəvvarlar isə yolda ağır məşəqqətlərlə qarşılaşır. Hətta qrup rəhbəri yoxa çıxan zəvvar qruplarının İran polisi tərəfindən incidildiyi deyilir.
Bununla yanaşı, Azərbaycanda insanları səfərə sövq etmək üçün olduqca mülayim olan bu qruplar İran sərhədini keçən kimi dəyişir, kobud şəkildə öz tələblərini yeritməyə çalışırlar. Bu tələblərdən biri də Azərbaycanda aldıqları ödənişdən əlavə olaraq pulun tələb edilməsi və sairədir.
Bahalı qiymət, ucuz xidmət
Ən böyük problemlərdən biri zəvvarları İran sərhədindən götürərək, İraq sərhədinə aparan nəqliyyat vasitələridir. Məlumata görə, ucuz xidmətlə çox pul qazanmaq istəyən bu qruplar zəvvarların daşınmasında olduqca köhnə və nasaz nəqliyyat vasitələrdən istifadə edirlər. Bu isə zəvvarların saatlarla, bəzən günlərlə yolda qalmasına, bəzi hallarda isə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Misal üçün, 3 azərbaycanlı zəvvarın ölümü ilə nəticələnən qəza məhz nasaz nəqliyyat vasitəsindən istifadəyə görə baş vermişdi. Hər il ölüm sayının artması statistikası da qeydə alınır. Ölüm halları qəzalarla yanaşı, Ərbəin mərasimində ayaqlar altında qalma, yaxud qan itkisi nəticəsində də olur.
Səfərləri təşkil edən qrupların zəvvarların pulunu məsimnəməsi, yaxud böyük ödənişlər qarşılığında diskomfort xidmət göstərilməsi faktları da kifayət qədərdir. Ötən il “Nur Travel” şirkəti tərəfindən təşkil olunan zəvvar qrupuna rəhbərlik edən Təvəkkül Həsənovun “Ərbəin” ziyarəti üçün zəvvarlardan alınan 8.000 ABŞ dollarını mənimsəməsi bunun ən bariz nümunəsidir.
“Təsir agentləri” və “lazımsız şəxslər
Zəvvarlardan biri danışır ki, İranda və İraqda Azərbaycandan gedənlərin arasından müəyyən şəxslər və qruplar daha yaxşı qarşılanır, onlara daha yüksək xidmət göstərilir. Eyni münasibət digərlərinə göstərilmir. Əldə etdiyimiz məlumata görə, İran azərbaycanlı zəvvarlar arasında özünə “yarayan”, yəni “təsir agenti”nə çevirə biləcəyi şəxslərə yaxşı xidmət təşkil edir. Digər zəvvarlara daha çox gəlir mənbəyi və Ərbəin mərasiminin kütləviliyini təmin etmək üçün vasitə olaraq baxılır. Zəvvarlar geri qayıdarkən onlara artıq “lazımsız” şəxs kimi baxılır. Bu fakt zəvvarların niyə ən çox Kərbəladan qayıdanda problemlərlə üzləşməsi və İran sərhədçiləri tərəfindən incidilməsi məsələsinə aydınlıq gətirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar