Xəbər lenti
Saxta pulla kəndlinin qoyun və balığını alıb - printerlə 100 manatlar çap edirmiş
Hazırladığı saxta 100 manatlıq əkskinaslarla qoyun və balıq alan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, əməlindən peşiman olub və cəzasının yüngülləşdirilməsini xahiş edib.
Manevr.az xəbər verir ki, 1972-ci il təvəllüdlü Nəcəfov Bəhruz Əbil oğlu Siyəzən rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.
Məhkəmənin hökmünə əsasən, Bəhruz Nəcəfov məhkum edilib ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi printer vasitəsi ilə saxta əskinaslar hazırlayıb.
Nəcəfov hazırda dövriyyədə olan, Mərkəzi Bankının 2005-ci il buraxılışlı “A” seriyalı “ 07292866” nömrəli həqiqi pul əskinasından fəqlənməyən 11 ədəd 100 manatlıq pul əskinası əldə edib. Həmin saxta pul vahidlərindən 6 ədədindən 11 mart 2018-ci il tarixdə Sumqayıt şəhərindən Ağsu rayonunda yerləşən heyvan bazarında alış-veriş zamanı istifadə edib.
Belə ki, həmin gün bazara gedərək orada tanımadığı Musayev İlyas Yaqub oğluna ödəniş vasitəsi kimi saxta pulları təqdim edərək əvəzində 600 manat dəyərində 5 baş xırda buynuzlu qoyun alıb.
Daha sonra isə Nəcəfov əldə etdiyi saxta 100-lüklərin qalan 5 ədədini isə Siyəzəndə xərcləyib. 18 mart 2018-ci il tarixdə Siyəzən rayonu ərazisində yerləşən “Balıq Bazarı” adlanan ticarət köşkündə balıq satışı ilə məşğul olan Hacıyev Rüstəm Fikrət oğluna ödəniş kimi təqdim edib. Əvəzində 460 manat dəyərində müxtəlif növ balıq məhsulları alıb. 5 ədəd 100 manatlıq saxta əskinası verərək qalıq olaraq da 40 manat pul əldə edib.
B.Nəcəfov barəsində çıxarılan hökmdən narazı qalaraq apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.
Həbsdə olan Nəcəfov ailəli və himayəsində azyaşlı uşağının olduğunu, ailənin gəlir gətirəni olmasının nəzərə alınmadığımı deyib. Bildirib ki, barəsində daha yüngül cəza təyin edilməlidir.
Dövlət ittihamçısı çıxışında şikayətin rədd edilməsini, hökmün dəyişdirilmədən saxlanılmasını istəyib.
Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, tərəfləri dinləyərək hesab edib ki, apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır.
Belə ki, məhkum Nəcəfov Bəhruz Əbil oğlu ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilib. Onun əməlini səmimi etirafından başqa birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapıb və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisə olunmur.
Tərəfləri dinləyən məhkəmə qərara gəlib ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Kollegiya hesab edib ki, məhkumun apelyasiya şikayətində qeyd etdiyi hallar ona daha yüngül cəza təyin edilməsinə əsas vermir.
Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, bir azyaşlı uşağının olmasını, barəsində yaşayış yeri üzrə şikayətin olmamasını Bəhruz Nəcəfovun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıb, cəzasını ağırlaşdıran hallar müəyyən etməyib.
Şiakyətə baxan Sumqayıt Apellyasiya məhkəməsi qərara alıb ki, birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin edib, apellyasiya şikayətinin dəlilləri şikayətin təmin olunması üçün əsas vermir.
Buna görə də Siyəzən rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar