Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev sərəncam imzaladı

Tarix: 10-11-2018 18:15     Baxış: 3434 A- / A+
İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda altmış min nəfər əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən uzunluğu 72 kilometr olan Cəlilabad–Yardımlı avtomobil yolunun tikintisinin ötən illərdə ayrılmış vəsait hesabına başa çatdırılaraq istifadəyə verildiyi bildirilir. Qeyd edilir ki, son illərdə hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar yolun ayrı-ayrı hissələrində sürüşmə və qabarma kimi deformasiyaların baş verməsi səbəbindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində çətinliklər yaranmışdır.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 4 988 000 (dörd milyon doqquz yüz səksən səkkiz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar