Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana gətirilən 10 ton kividə zərərli orqanizmlər aşkar edildi

Tarix: 08-11-2018 17:55     Baxış: 3246 A- / A+
Azərbaycana gətirilən 10 ton kividə zərərli orqanizmlər aşkar edildi

Azərbaycana idxal edilən 10,4 ton kividə zərərli orqanizmlər aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən milli.az-a verilən məlumata görə, İran İslam Respublikasından noyabrın 5-də fitosanitar sertifikatla ölkəyə, "Güllü-80" MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna qurumun mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub və məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

Məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Tut qalxanlı yastıcası - (Pseudolaspis pentagona) aşkar edilib. "Fitosanitar nəzarəti haqqında" qanunun 13-cü maddəsinə uyğun olaraq, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir.

Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı, bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar