Xəbər lenti
Xan Şuşinskinin oğluna yüksək vəzifə verildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni təyinat olub.
Manevr.az-ın modern.az-a istinadən məlumatınna görə, məşhur muğam ustadı, xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib.
Belə ki, Aslan Cavanşirov 2018-ci ilin 3 oktyabr tarixindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Məlumat üçün bildirək ki, Aslan İsfəndiyar oğlu Cavanşirov 1962-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. İxtisasca iqtisadçıdır. Müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işə qəbul edilənədək sonuncu iş yeri ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətində şöbə rəisi vəzifəsi olub.
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Aslan Cavanşirovun atası mərhum xanəndə, dahi muğam ustadı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-1979-cu illərdə yaşayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar