Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda bacısının başını balta ilə kəsən qız yenidən AZADLIĞA BURAXILDI

Tarix: 08-11-2018 09:47     Baxış: 3253 A- / A+
Bakıda bacısının başını balta ilə kəsən qız yenidən AZADLIĞA BURAXILDI

Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva ilə bağlı yenidən məhkəməyə müraciət edilib.

Manevr.az report-a istinadən xəbər verir ki, P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasının onun müalicəsinin dəyişdirilib, məcburi ambulatoriya müşahidəsi və psixatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib və P.Nuriyeva azadlığa çıxıb.

Məhkəmə qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.

Növbəti proses noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı P.Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

Bakı Ağır Cinayətlər Məhkəməsi P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Daha sonra onun yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Belə ki, onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib. Qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub. Bu dəfə P.Nuriyevanın yaxınları kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev biznesmendir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar