Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Paytaxtda sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək

Tarix: 08-11-2018 07:29     Baxış: 2185 A- / A+
Paytaxtda sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək

Paytaxtda sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək.

Manevr.az
xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bildirib ki, taksi şirkətlərinə nəzarət gücləndirilməlidir: "Mən taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı deyiləm. Çünki bu, rəqabət mühitini aradan qaldıracaq. Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi də göndərəcəyik. Birincisi, ondan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. Əhalisi 15 milyon olan İstanbulda isə 18 min ədəd taksi var. Hesablamalarımıza əsasən, Bakıda 8500 taksi olsa, kifayətdir. Taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif göndərilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyətini də ciddi şəkildə nəzarətə götürəcəyik".
BNA rəhbəri qeyd edib ki, hava limanında taksi fəaliyyəti ilə bağlı ayrı konsepsiya olacaq:

"Ölkəyə gələnlərin aldadılmasının qarşısı alınmalıdır. Biz bu layihəyə başlamışıq. Eyni zamanda, proqram təminatımızı da yekunlaşdırmaq üzrəyik. Bakı Nəqliyyat Agentliyinin rəsmi proqram təminatı olacaq. Bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyyəsinə görə sərnişinlər tərəfindən onlara ballar veriləcək. Taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü olduğu üçün bu sahədə də işlərimizi mərhələli şəkildə quracağıq ki, ciddi problemlər ortaya çıxmasın"./ölkə.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar