Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Gənclər maaşa görə AMEA-nı tərk edirlər" - Akademik

Tarix: 08-11-2018 07:00     Baxış: 3259 A- / A+
"Gənclər maaşa görə AMEA-nı tərk edirlər" - Akademik

"Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) aşağı əmək haqqı ilə gəncləri elmə cəlb etmək mümkün deyil. Olduqca maraqlı mövzularda araşdırma aparan istedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər”.


Manevr.az
azvision.az-a istinadən xəbər verir ki, bunu institutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, büdcə zərfi müstəqil Azərbaycanda büdcə mədəniyyətinin formalaşmasını sübut edir.

"Büdcə zərfi sübut edir ki, Azərbaycanın maliyyə-iqtisadiyyat strukturları cavabdeh olduqları sahələrin peşəkarlarıdır. 2019-cu ilin büdcəsi müstəqil Azərbaycanın inkişafının güzgüsüdür. Bununla belə bəzi sahələrə daha artıq diqqət yönəldilməlidir. Hər şeydən əvvəl elmin inkişafına diqqət artırılmalıdır. Elmsiz inkişafın gələcəyi yoxdur. Məni kadr hazırlığı, xüsusilə Azərbaycan tarix elmi üçün gənc kadrların hazırlanmasının vəziyyəti narahat edir.

İstərdik ki, AMEA-nın istedadlı gənclərinin mənzil-məişət şəraiti yaxşılaşdırılsın və onlar üçün "Gənc alimlər Evi”nin tikilməsinə vəsait ayrılsın. Elmi-tədqiqat işlərinin ağırlığı tədqiqatçı alimlərin – elmi işçilərin üzərindədir. Onların əmək haqqı isə arzuolunan səviyyədə deyil. Magistr və doktorantların təqaüdləri artırılmalıdır. AMEA-nın bir çox institutu sovet dövründən qalma binalarda fəaliyyət göstərir".

Akademik vurğulayıb ki, xalqımızın tarixinin öyrənilməsi üçün xüsusi əhəmiyyəti olan AMEA Tarix İnstitutunun cəmi 10-12 otağı var.

"Tarix İnstitutunun maddi-texniki bazasını bir sıra qonşu ölkələrin elmi qurumlarındakı vəziyyət ilə müqayisə etməkdə çətinlik çəkirəm. Ölkə başçısının tapşırığı ilə tariximiz saxtalaşdırmalar və təhriflərdən təmizlənir. Tarixçilərimiz müstəqillik dövrünün yeni tarixini yaratmışlar. Son illərdə nəşr olunmuş fundamental tədqiqatlar, o cümlədən "Qarabağ: real tarix, faktlar, sənədlər”, "Naxçıvan: tarixi və abidələri” və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi onlarla kitablarımız müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 400-dən çox tədqiqat əsəri işıq üzü görüb. Bütün bu işləri tarixçilərimiz özlərinə şərəf bilərək çətin maddi-texniki baza əsasında həyata keçirmişlər.

Biz istərdik ki, qonşu ölkələrdəki kimi, Azərbaycan tarixçilərinin də normal iş şəraiti olsun. Tariximizə dair kitabların nəşr olunması üçün büdcədə lazımınca vəsait nəzərdə tutulsun”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar