Xəbər lenti
Əhməd Cavadın da qalıqları tapılıb?
Məlum olduğu kimi, nakam şairimiz Mikayıl Müşfiqin Qaradağ rayonu Puta qəsəbəsində qalıqlarının tapılması ilə bağlı iddiaların araşdırılması üçün ölkə başçısı İlham Əliyev işçi qrupunun yaradılması barədə göstəriş verib. Bu məlumatdan sonra repressiya qurbanı olan daha bir görkəmli şairimiz, Azərbaycan himninin müəllifi Əhməd Cavadın da qalıqlarının həmin ərazidə olmasına dair ehtimallar irəli sürüldü.
Bu iddialardan sonra Ə.Cavadın nəvəsi Anar Axundzadə məsələyə dərhal reaksiya verərək sözügedən işçi qrupu ilə əlaqə saxlayıb. A.Axunzadə ötənlərdə şərq.az-a müsahibəsində qeyd edib ki, işçi qrupundan DNK analizi üçün yaxın zamanlarda onlara məlumat veriləcəyi bildirilib.
İşçi qrupu vədinə əməl edərək varisin yaxınlarını çox gözlətməyib. Belə ki, A.Axundzadənin bildirdiyinə görə,bu gün işçi qrupu onu dəvət edərək DNK analizi götürüb:
"Mən elə başa düşdüm ki, Qaradağın Puta qəsəbəsindəki qalıqları çıxarıb, saxlayıblar. Məndən DNK analizi götürən zaman söylədilər ki, Mikayıl Müşfiqin də qohumundan analiz götürüblər. Yəni proses davam edir, işlər görülür. İnanıram ki, yaxın zamanlarda babamın qalıqları tapılacaq və müsəlman adət-ənənəsi ilə dəfn olunacaq. Əlbəttə, bu, bizim ən ümdə arzu və istəyimizdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar