Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

Tarix: 07-11-2018 16:04     Baxış: 3292 A- / A+
“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-nin Təsərrüfat İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, məşqə “Azərbaycan Dəmir Yolları” QSC-nin Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati binada yerləşən bütün departament, xidmət və şöbələrin işçiləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Əsas məqsəd fövqəladə hallar zamanı mülki müdafiə planının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsini, hadisə yerinə göndərilməsini, yaranmış vəziyyətin qiymətləndirilməsini, hadisə yerindən məlumatların toplanmasını, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsini rəhbər işçilərə, mülki müdafiə qüvvələrinə öyrətməkdir. İşçilərə, həmçinin, fövqəladə hallar zamanı (təxliyyə, ilkin tibbi yardım, ilkin yanğınsöndürmə vasitələrdən istifadə) davranış qaydaları izah olunub.

Keçirilən obyekt mülki müdafiə məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər mülki müdafiə rəhbərinin yanında toplanıblar. Mülki müdafiə qərərgah rəisi zəlzələ nəticəsində inzibati binada yanğın baş verməsi, dağıntının olması, zərər çəkənlər və xəsarət alanlar barəsində məlumat verib.

Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə məşq iştirakçılarının vəzifələri dəqiqləşdirilib. “Yanğın həyəcanı” siqnalı verildikdən sonra işçilər inzibati binadan dərhal təxliyyə edilib, kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq hadisənin nəticələri barədə mülki müdafiə rəhbərinə məruzə ediblər. Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılara ilkin tibbi yardım göstərilib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən obyekt mülki müdafiə məşqi qüvvələrin qəza ocaqlarına göndərilməsi, ardıcıllığın müəyyən edilməsi, qəza xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi yollarının öyrədilməsi istiqamətində keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavinləri Zaman Novruzovun və Hicran Valehovun rəhbərliyi ilə keçirilən obyekt mülki müdafiə məşqindən sonra müşavirədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr yanında hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin əməkdaşı İsa Xudiyev çıxış edərək yol verilmiş nöqsanlar rəhbər və komandir-rəis heyətinin diqqətinə çatdırılıb və fövqəladə hallar zamanı təxirəsalınmaz tədbirlərin ardıcıllığı barədə məsləhətlər verib

​ Qeyd edək ki, məşq “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”na əsasən və “Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci il üçün mülki müdafiə tədbirlər planına uyğun təşkil olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar