Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

DGK-dan sosial şəbəkələrdə yayılan video ilə bağlı AÇIQLAMA

Tarix: 07-11-2018 12:46     Baxış: 3189 A- / A+
DGK-dan sosial şəbəkələrdə yayılan video ilə bağlı AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdəki səhifələrdən birində guya gömrük orqanları əməkdaşlarının qanunsuz əməllərini-vətəndaşlardan rüşvət tələb etməsini, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməsini əks etdirən video yayımlanıb.


Manevr.az
xəbər verir ki, bu barədə publika.az-a DGK-dan daxil olan açıqlamada deyilir.

“4 məkanda qeydə alınan videolardan 3-ündə sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil. İkinci məkanda qeydə alınan videoda insanların növbəsi, 3-cüdə mikroavtobuslara minməsi əks olunub. 4-cü videonun isə Azərbaycan Respublikasının hüdudlarından kənarda lentə alındığı aydın görünür. Hər 3 məkanda qeydə alınan videotəsvirlərdə ölkəmizin gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut yoxdur.

1-ci məkanda qeydə alınan təsvirlərdə və audioyazılarda birbaşa kameranın obyektivinin hədəfində olan mülki vətəndaşın gömrük əməkdaşı ilə təması, dialoqu, ümumiyyətlə qeydə alınmayıb. Belə ki, videodakı gömrük əməkdaşı sadəcə "gəlir, maşın gəlir" sözlərini işlədir. Görəsən "gəlir, maşın gəlir" sözlərində rüşvətə dair hansı eyham və ya mülki vətəndaşı təhqiredici, alçaldıcı ifadələr var?

24 saatını, ömrünü, gününü Azərbaycan dövlətinin, onun strateji qurumlarının ləkələnməsinə həsr edən, dövlətçiliyimizə qarşı daim düşmən mövqedə dayanan, dövlət, xalq olaraq hər uğurumuzin arxasında bir əmma axtaranları hardasa başa düşmək mümkündür. Ağalarının verdiyi əmrləri yerinə yetirməli, yallandıqları qapılara sədaqətlərini ortaya qoymalıdırlar. Lakin ölkənin bəzi aparıcı media qurumları da daxil olmaqla, səhərdən axşama vətənpərvərlikdən, dövlətçilikdən dərs keçən media qurumları, onların rəhbərləri və ya aidiyyəti əməkdaşları hər hansı dəlil olmadan strateji dövlət qurumlarından birininin fəaliyyətinə kölgə düşürən məlumatı qarşı tərəfin rəyini belə öyrənməyə ehtiyac duymadan hansı səbəb və ya məntiqlə yayımladılar? Üstəlik də birbaşa dövlətimizin, onun rəhbərliyinin əlehinə daxildə və xaricdə qarayaxma kampaniyası aparanların loqosuna istinadən. Əslində o qədər də təəccüblənmirik. Gündə bir ağa dəyişdirən, ali hiss və duyğulardan məhrum qalan, şəxsi mənafe üçün hər yola gedən zavallılardan, ən əsası isə gömrük orqanlarının xüsusi geyim formasını tanımadığı halda bu qurum və onun əməkdaşları haqqında "xüsusi yazılar" hazırlayanlardan bundan başqa nə gözləmək olar?

Zavallı bəylər və xanımlar, kadrlarda dediklərindən qəzəbləndiyiniz, qeyrət damarlarınızın qalxdığı, “vətənpərvərlik” hisslərinizin coşduğu, ağına bozuna baxmadan söyüb təhqir etdiyiniz həmin şəxsin üzərindəki gömrük orqanı əməkdaşının xüsusi geyim forması deyil, həmin şəxs də gömrükçü deyil.

Gömrük orqanları əməkdaşlarının korrupsiya hallarına yol verməsinə, vəzifə səlahiyyətlərini aşmasına gəlincə, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları bu kimi hallara qarşı qətiyyətli mübarizə aparır. Şahidi olduğunuz belə faktlar varsa da, xahiş olunur bununla bağlı dərhal və birbaşa səlahiyyətli hüquq-mühafizə qurumlarına müraciət edəsiniz” – qurumun açıqlamasında bildirilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar