Xəbər lenti
"Mikayıl Müşfiqin qalıqları tapılsa, onun məzarı üzərində abidə ucaldıla bilər" — Xalq şairi
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca görkəmli şair Mikayıl Müşfiqin (İsmayılzadə) qalıqlarının tapılması ilə bağlı məsələni nəzarətinə götürməsi məsələsinə münasibət bildirib.
Manevr.az bildirir ki, F.Qoca "ölkə.az"-a açıqlamasında sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevə təşəkkür edib.
Daha sonra xalq şairi deyib:
"Həm cənab Prezident, həm də dövlətimiz sağ olsun ki, bu addımı atdı. Təbii ki, Mikayıl Müşfiq çox böyük hörmət qazanmış görkəmli şairimizdir. Zamanında Mikayıl Müşfiq dövlət tərəfindən qiymətləndirilməyib, yaradıcılığına görə təqib olunub. Bu gün isə Azərbaycan dövləti onun yaradıcılığına və şəxsiyyətin öz hörmət və ehtiramını göstərərək bu cür addımlar atır. Bu yalnız alqışlanmalıdır. İnşallah Mikayıl Müşfiqin qalıqları tapılsa, yəqin ki, dövlət başçısı onun məzarı üzərində abidəsinin qurulması barədə tapşırıqlar verəcək. Biz böyük həvəslə gedib onun məzarını ziyarət edərik. Allah bunu hər birimizə qismət etsin".
1982-ci il oktyabrın 12-də ulu öndər Heydər Əliyevin göstərişi ilə görkəmli dramaturq Hüseyn Cavidin məzarının tapılaraq, cənazəsinin qalıqlarının Azərbaycana gətirildiyini vurğulayan F.Qoca bunun böyük tarixi hadisə olduğunu söyləyib:
"Cənab İlham Əliyev də öz atasının yolunu uğurla davam etdirir. İnanıram ki, cənab Prezident İlham Əliyev də atası kimi hər kəsi, o cümlədən yaradıcı insanları qiymətləndirməyi bacarır. Yaxşı xatırlayıram ki, Hüseyn Cavidin məzarı Azərbaycana gətirilən zaman Ulu Öndər Heydər Əliyevlə bərabər görkəmli dramaturqun məzarı başına yığışmışdıq. Sonra Hüseyn Cavidin dəfn mərasimi keçirildi, məqbərəsinin açılışı oldu. Həmin vaxtı mən və digər yazıçılar çıxış etdilər. İndi cənab Prezident də ailəsindən aldığı yüksək təbiyəyə uyğun şəkildə bu gözəl ənənəni davam etdirir. Çünki bir övlad ən yaxşı tərbiyəni ailədən götürür. Bu gün cənab Prezident İlham Əliyevin Mikayıl Müşfiqin taleyi ilə bu qədər yaxından maraqlanması ailədən aldığı tərbiyədən irəli gəlir. Hamısı bunun davamıdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar