Xəbər lenti
“Coğrafiya” dərsliyinin müəllifləri iradlara münasibət bildiriblər
Orta məktəblərdə istifadə edilən VI sinif “Coğrafiya” dərsliyinin müəllifləri həmin dərslikdə yer almış və müzakirəyə səbəb olmuş fikirlərlə bağlı rəylərini açıqlayıblar.
Qeyd edək ki, “Coğrafiya” dərsliyinin 43-cü səhifəsində yazılıb: "Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Qonşu ölkələrdəki sərhədlər razılaşdırılmadıqda, onlar arasında mübahisə və münaqişələr də baş verə bilər. Məsələn, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasına Ermənistanın ərazi iddiası nəticəsində yaranıb".
Manevr.az-ın trend-ə istinadən məlumatına görə, həmin dərsliyin müəllifləri olan Nərminə Seyfullayeva, İrken Aktoprak və Yelena Şabanova bildiriblər ki, müvafiq cümlə dərsliyin “Dünya ölkələri” hissəsində, dünya ölkələrinin coğrafi mövqeyinin müzakirəsi kontekstində yer alıb. Burada dünya ölkələrinin coğrafi mövqelərinin əlverişli-əlverişsiz olması şərh edilir və misal kimi, yuxarıdakı cümlələr qeyd edilir.
Müəlliflər deyiblər ki, əgər bir ölkə digər ölkəyə qarşı ərazi iddiası qaldırırsa, deməli, bu, iddia qaldıran dövlətin mövcud dövlət sərhədləri ilə razılaşmaması deməkdir:
"Azərbaycan dövləti və xalqı Ermənistanın beynəlxalq hüquqa zidd olan ərazi iddialarını heç vaxt qəbul etməyib və öz əzəli torpaqları uğrunda sona qədər vuruşacağını dəfələrlə bəyan edib. Eyni zamanda, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar