Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millər vəkilindən çağırış: Bu müavinətlər artırılsın

Tarix: 06-11-2018 18:42     Baxış: 3713 A- / A+
Millər vəkilindən çağırış: Bu müavinətlər artırılsın

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyilə həyata keçirilən bir sıra layihələr, proqram və islahatlar, həmçinin “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” - DOST xidmətinin yaradılması özəlliklə əhalinin aztəminatlı təbəqəsinin, əlil və işsizlərin həyatında müsbət dəyişiklərə təkan verəcək.

Manevr.az xəbər verir ki, bunu Milli Məclisdə 2019-cu il dövlət büdcəsi ilə bağlı müzakirələrdə çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili 2019-cu ilin dövlət büdcəsi haqqında layihəni dəstəkləyib və bir sıra vacib təkliflərlə çıxış edib:

“2019-cu ilin dövlət büdcəsi layihəsinin ölkənin inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına öz müsbət töhfəsini verəcəyinə inanırıq”.

Millət vəkili çıxışında hökuməti 1-ci qrup əlillərə verilən müavinət və təqaüdün artırılmasına çağırıb:

“I qrup uşaqlıqdan əlillərə, eləcə də I qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və onların ehtiyaclarını qarşılamır. Ağır xəstəliklərdən əziyyət çəkən bu insanların iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq I qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var”.

Q.Paşayeva fiziki imkanları məhdud 18 yaşına çatmayan əlil uşaqların da aldığı müavinətin artırılmasının vacibliyini vurğulayıb.

Deputat həmçinin fiziki imkanları məhdud şəxslərin, əlillərin təhsil sahəsində üzləşdiyi bəzi problemləri də səsləndirib.

O, əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsini təklif edib:

“Bu, sağlamlıq imkanları məhdud insanların təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı”.

Q.Paşayeva eyni zamanda son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət dəyişiklikləri dəstəkləyib:

“İnanırıq ki, məşğulluq proqramının həyata keçirlməsi zamanı şəhid ailələrinə, Qarabağ əlillərinə və qazilərinə, ön cəbhədə xidmət edənlərə öncüllüyün verilməsi daima diqqətdə olacaq. Çünki bu çox önəmli bir məsələdir”.

Millət vəkili çıxışı zamanı seçicilərinin təhsil sahəsində qaldırdığı bir sıra məsələlərə də toxunub:

“Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var. Maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır. Çoxlu ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Özəlliklə bu problem kənd rayonlarında çox ciddidir”.

Deputat bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri olan mənzil probleminə də toxunub:

“İpoteka kreditləri, o cümlədən cənab prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq”.

Millət vəkili həmçinin ipotekadan yararlana bilməyən müəllimlər barədə danışıb.

"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir.

O qeyd edib ki, müəllimlərin güzəştli ipotekadan yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir.

Q.Paşayeva Tovuzda bir sıra kənd məktəblərinin ağır vəziyyətdə olduğunu da diqqətə çatdırıb.

Q.Paşayeva anadangəlmə eşitmə qüsurlu uşaqların koxlyar implant əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsini təklif edib.

Mİllət vəkili MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun onkoloji xəstələrlə bağlı səsləndirdiyi fikirləri dəstəkləyərək bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsinə dəstək üçün şiş əleyhinə dərman vasitələrinin alınmasına büdcədən ayrılan vəsatin artırılmasının vacib oldğunu deyib.

Deputat sonda 2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasından məmnunluğunu ifadə edib./axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar