Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir: Universitetlərdə ödənişsiz təhsil alanların sayındakı azalmaların qarşısının alınması üçün əlavə vəsait ayrılacaq

Tarix: 06-11-2018 14:34     Baxış: 3293 A- / A+
Nazir: Universitetlərdə ödənişsiz təhsil alanların sayındakı azalmaların qarşısının alınması üçün əlavə vəsait ayrılacaq

Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur.

Manevr.az-ın trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, həmin əlavə vəsait 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanlara şamil olunacaq:

“Digər məsələ təhsil kreditləri ilə bağlıdır. Bu, yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Məncə, təhsil krediti alanların onu qaytaracağı böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”.

S.Şərifov əlavəe dib ki, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların təşkilati-hüquqi forması dəyişdirilib və onlar publik hüquqi şəxslər olublar: "Ancaq bu, həmin təşkilatların dövlət büdcəsindən asılılığını aradan qaldırmayıb. Yalnız bir necə təşkilat müstəqil gəlir imkanlarına malikdirlər, yaxud da onların həmin gəlir imkanları saxlanma xərclərinin çox cüzi hissəsini təmin edir. Ona görə də verdiyimiz təqdimatda göstərilib ki, həmin publik hüquqi şəxslərin fəaliyyətini təmin etmək üçün dövlət büdcəsindən 396 milyon manat vəsait ayrılsın"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar