Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat: Dövlət zəmanətilə kredit götürmüsən, zəhmət çək, ödə

Tarix: 05-11-2018 19:15     Baxış: 3261 A- / A+
Deputat: Dövlət zəmanətilə kredit götürmüsən, zəhmət çək, ödə

Mən gözləyirdim ki, büdcə müzakirələri başqa yöndə gedəcək. Çünki dövlət başçısı cənab İlham Əliyev son müşavirəsində hökumət üzvləri qarşısında ciddi tapşırıqlar qoydu, ciddi mesajlar səsləndirdi. Xüsusilə də, kölgə iqtisadiyyatının azaldılması, onun qarşısın alınması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı.
Amma gəlin, görək, bu üç tapşırıqla bağlı hansı addımlar atılıb? Çox təəssüflər olsun ki, Vergilərdə və Gömrükdə müəyyən kadr islahatlarının aparılmasına baxmayaraq, hələ də ciddi irəliləyişlər yoxdur. Kölgə iqtisadiyyatı hələ də çox yüksək səviyyədədir.

Manevr.az-ın oxu.az-a istinadən xəbərinə görə, bunu büdcə müzakirələrində millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, vergilərdə hələ də köhnədənqalma “prinsiplər” işləyir.

“Hələ də xoş olmayan məqamlar yaşanır. Mən inanmaq istəyirəm ki, vergilər naziri islahatlar prosesini daha da sürətləndirəcək, neqativlərin, xüsusilə, sahibkarlarla, sahibkarlıqla bağlı əngəllərin tam aradan qaldırılmasına çalışacaq və bunlara nail olacaq.

Eyni zamanda, başqa bir vacib məsələyə toxunmaq istərdim. Dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır. Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir vermək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”, - deyə millət vəkili qeyd edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar