Xəbər lenti
"Dil normalarının kobud pozulmasını müşahidə edirəm" – Baş redaktor
Azərbaycanın zəngin tarixi, mədəniyyəti bu gün bütün dünyada geniş şəkildə təbliğ edilir. Ölkəmiz artıq siyasi gücü, iqtisadi imkanları ilə yanaşı, qədim ənənələr üzərində yaranan, formalaşan və inkişaf edən dövlətçilik tarixi, milli mənəvi dəyərləri ilə də tanınır. Bununla yanaşı, Azərbaycan dilinin qorunması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bununla bağlı mühüm fərman və sərəncamlar imzalayıblar, Azərbaycan dilinin saflığının qorunmasına diqqət və qayğı ilə yanaşıblar:
“Bu mənada dövlət başçısının noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanını xüsusi vurğulamaq lazımdır. Sənədə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradılacaq. Həmçinin kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməsi fərmanda öz əksini tapıb. Hesab edirəm ki, bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək”.
Baş redaktor dövlət dilindən istifadə ilə bağlı mövcud vəziyyət və perspektivlərdən də danışıb. O qeyd edib ki, qədim tarixə malik olan dilimiz istər lüğət tərkibi, istərsə də qrammatik imkanları baxımından kifayət qədər zəngindir:
“Təəssüf ki, bu zənginlikdən hamı lazımi qaydada istifadə etmir. Mətbuat işçisi olaraq bəzən televiziya və radio kanallarında, internet resurslarında, qəzetlərdə və müxtəlif reklamlarda ədəbi dil normalarının kobud şəkildə pozulmasını müşahidə edirəm. Xüsusilə əcnəbi sözlərin yerli-yersiz işlədilməsi adi hala çevrilməklə yanaşı, dilimizin saflığına öz mənfi təsirini göstərir. Şübhəsiz ki, yeni yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs bu sahədə hüquqi tənzimləməni aparmaqla yanaşı, daim Azərbaycan dilinin istifadəsinə nəzarət tədbirlərinin həyata keçirilməsinə, baş verə biləcək neqativ halların aradan qaldırılmasına imkan verəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar