Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

"BakuBus"un qapılarının niyə biri açılır? - AÇIQLAMA

Tarix: 05-11-2018 15:54     Baxış: 3301 A- / A+
"BakuBus"un qapılarının niyə biri açılır? - AÇIQLAMA


Son günlər “BakuBus” avtobuslarında tədbiq olunan yenilik sərnişinlərin diqqətindən qaçmayıb.

Belə ki, əvvəllər sərnişinlərin avtobusa daxil olması üçün avtobusun ön qapılarının ikisi də açılırdısa, indi yalnız biri açılır.
Maraqlıdır, yeniliyin tədbiq olunmasında məqsəd nədir?

Manevr.az xəbər verir ki, məsələylə bağlı metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, edilən dəyişiklik sərnişinlərin rahatlığı üçündür:

“Avtobusun ön qapasının birinin açılması yalnız günün pik saatlarında olur. Bu sistem bütün “BakuBus” avtobuslarına şamil edilmir, yalnız həmin saatlarda sərnişin sıxlığı yaşanan avtobuslarda tədbiq olunur. Birlisiniz ki, həmin marşurt xətlərində nağdsız ödəniş sistemidir. Sərnişinlər kartlarını vurduqdan sonra avtobusun salonuna daxil olurlar. Ön qapıların iksi birdən açılan zaman hər kəs avtobusa daxil olmağa çalışır. Bu zaman müəyyən basırıq yaranır, sənişinlərdən bəziləri hətta əzilirlər. Bunu etməkdə məqsəd sərnişinlərin rahat şəkildə avtobusa daxil olması, avtobusların isə gecikmədən yoluna davam etməsini təmin etmək üçündür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar