Xəbər lenti
Gözəllik müsabiqəsinin qalibi olan ilk və tək azərbaycanlı qadın
Bu gün də davam edən gözəllik müsabiqələrinin ilki bir əsrdən çox tarixə dayanır
Manevr.az bildirir ki, dünya tarixində ilk dəfə düz 130 il bundan əvvəl – 1888-ci il sentyabr ayının 19-da gözəllik müsabiqəsi keçirilib.
Müsabiqənin final mərhələsində “Gözəllik kraliçası” titulu uğrunda 21 namizəd xanım mübarizə aparıb, qızlar isə finala münsiflər heyətinin üzvlərinə göndərdikləri şəkillər əsasında seçiliblər. İlk müsabiqədə Qvadelupadan olan 18 yaşlı Berta Sukare qalib gəlib və ona 5 min frank məbləğində mükafat təqdim olunub.
Beynəlxalq səviyyəli ilk gözəllik müsabiqəsi 1951-ci ildə Londonda keçirilib. Bu müsabiqədə xanımlar “Kainat gözəli” və “Dünya gözəli” titulları uğrunda yarışıblar.
SSRİ-də ilk gözəllik müsabiqəsi ilk müsabiqədən tam 100 il sonra – 1988-ci ildə təşkil olunub. Sponsor qismində isə jurnalları Rusiya bazarına yeni qədəm qoyan “Burda” konserni çıxış edirdi. Seçim turuna on minlərlə moskvalı qız qatılmışdı. Qələbəni isə 16 yaşlı Maşa Kalinina qazana bilmişdi.
Azərbaycanı isə beynəlxalq səviyyədə 1989-cu ildə Moskvada keçirilən “Dünya Gözəli” gözəllik yarışmasında ilk dəfə Karvan qrupunun üzvü, “Şərq nağılları” kompozisiyasında çıxış edən, “Asiya gözəli”, “Rusiya mətbuat gözəli” titullarına layiq görülən Xana Qalsanova təmsil edib.
Qeyd edək ki, 1912-ci ildə Parisdə keçirilən gözəllik müsabiqəsinin qalibi olan, Miss World seçilən ilk və tək azərbaycanlı gözəl Sona Mehmandarova olub. Onu da nəzərinizə çatdırırıq ki, Sona xanım məşhur general Səməd Bəy Mehmandarovun qardaşı qızı idi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar