Xəbər lenti
Azərbaycanda boşanıb Türkiyədə ərə gedən qızın başına açılan oyunlar... - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Türkiyə KİV-ləri Azərbaycanda 10 ilə yaxın çəkən evlilikdən sonra boşanıb bu ölkədə ikinci dəfə ərə gedən Gülnar Daşdəmirovanın dramı haqda yazır.
Manevr.az Virtualaz.org-a istinadən xəbər verir ki, Sivas bölgəsinin sakini olan 32 yaşlı İsmail Doğan iki ay əvvəl Kayseridə yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Gülnar Daşdəmirova ilə qohumların tövsiyəsi ilə dini nigah kəsdirərək evlənib. Və çox keçmədən o, azərbaycanlı qadının həyatını kabusa döndərib.
Daha sonra İsmail Doğan hüquq-mühafizə orqanlarına qadının barəsində şikayət edib. G.Daşdəmirovanın onu aldatdığını, 10 ildir rəsmi evli olduğunu və bunu gizlətdiyini, habelə 60 min TL pulunu aldığını bildirib. İ.Doğan iddia edib ki, G.Daşdəmirova ilə dini nigah kəsdirmək istəyəndə qadın evi tərk edib və ondan "müxtəlif bəhanələrlə" aldığı pulları geri qaytarmayıb.
Bu məsələnin mətbuata çıxmasından sonra G.Daşdəmirova da jurnalistlərə danışıb. Qadın göz yaşları içərisində bildirib ki, bu adam yalan deyir. İ.Doğan evlənməzdən əvvəl ona deyildiyindən fərqli olaraq işsiz-gücsüz biridir. Və evlənəndən sonra heç bir səbəb olmadan onu tez-tez təhqir edib, söyüb.
Qadın deyir ki, evlənməzdən əvvəl İ.Doğanın qohumları onun işlədiyini, yaxşı qazandığını, habelə dindar olduğunu, "qarışqanı belə incitmədiyini" deyiblər. Həmin vaxt G.Daşdəmirova Azərbaycanda 9 il yarım rəsmi evlilikdən sonra boşanmışdı və qadın bu haqda Doğanın ailəsinə bildirir. Onlar isə deyirlər ki, bu problem deyil. "Səni bəyənmişik, səni istəyirik" deyiblər.
Beləliklə, azərbaycanlı qadın Sivasa gəlin köçür. Bəyin ailəsi toyu 30-40 nəfərlə kiçik kafedə edir. "Əslində mən toy-fian istəmirdim. Normal, rəsmi nigah istəyirdim. Bu adamların 60 min TL pulu vardısa oğullarına normal toy niyə etmirdilər? Kafedə 30-40 adamla toy etdilər"-Gülnar göz yaşları içərisində deyir.
Ərə gedəndən sonra məlum olur ki, İsmayıl Doğan haqda deyilənlərin hamısı yalandır. O, heç yerdə işləmir, səhərdən axşama qədər evdə oturur, axşam iş axtarmaq bəhanəsi ilə evdən çıxır, deyildiyi kimi dindar da deyil. "Mən onu heç cümə namazına da gedən görmədim. Tez-tez məni söyürdü, təhqir edirdi. Heç bir səbəb olmadan. Ağır depressiyaya düşdüm, həkimə apardılar. Pul verməsinlər deyə baldımızın adına qeydiyyata saldırdılar. Həkim dava-dərman yazdı, dərmanları içəndən sonra çənəm titrədi, iştahdan kəsildim. Yatağa düşdüm. Azərbaycana zəng vurub anama baş verənləri danışmaq istədim, telefonu əlimdən aldılar. Birtəhər tualetdə bacıma mesaj yazdım ki, gəlin məni aparın, yoxsa özümü öldürəcəm"-G.Daşdəmirova deyir.
Qadın deyir ki, Doğan və ailəsinin onun haqqında yalan iddialar irəli sürməsinə görə şikayət edəcək. O, Azərbaycanda boşanması haqda sənədləri almağa da imkanı olmadığını deyir. "Dedim Azərbaycana aparın, həm boşanmağım haqda sənədi alım, həm isti geyimlərimi gətirim. Çünki Sivas çox soyuq yerdir, qalın paltarlarım da yox idi. Amma imkan vermədilər"- o bildirir.
G.Daşdəmirova Yalovada vəkil tanışı ilə danışdığını və İ.Doğan haqda şikayət edəcəyini deyib. "O, bütün azərbaycanlı qadınlardan üzr istəməlidir"-Daşdəmirova deyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar