Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

“AMAY”ın axtarışda olan rəhbəri sərhəddə saxlanıldı (FOTO)

Tarix: 02-11-2018 11:25     Baxış: 4245 A- / A+
“AMAY”ın axtarışda olan rəhbəri sərhəddə saxlanıldı (FOTO)


"AMAY”ın İranda yaradılan şirkətinə rəhbərlik edən və axtarışda olan şəxs Azərbaycanın dövlət sərhədini pozarkən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışda olan "AMAY” MMC tərəfindən İranda təsis edilən "Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edən 1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, "Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanıb.

Saxlanılan şəxsə həmin əməllərinə görə Cinayət Məcəlləsinin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.

Manevr.az


“AMAY”ın axtarışda olan rəhbəri sərhəddə saxlanıldı (FOTO)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar