Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

İşaxtaranlara 1545 vakant iş yeri təqdim edilib

Tarix: 01-11-2018 22:09     Baxış: 2224 A- / A+
İşaxtaranlara 1545 vakant iş yeri təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən oktyabr ayında respublikanın 8 rayon və şəhərində (Gədəbəy, Göyçay, Kürdəmir, Qazax, Mingəçevir, Samux, Tərtər, Yevlax) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.

Nazirliyin mətbuat xidmətindən moderator.az-a verilən məlumata görə, yarmarkalarda 216 müəssisə üzrə 1545 vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Aktiv məşğulluq tədbirlərində 400-ə yaxın şəxsə seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndəriş verilib.
Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən 103 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 37 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə cəlb olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar