Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Zamirənin bədxərcliyinin əziyyətini bütün xalq çəkir” - Rza İbadov

Tarix: 01-11-2018 08:59     Baxış: 4402 A- / A+
“Zamirənin bədxərcliyinin əziyyətini bütün xalq çəkir” - Rza İbadov


“Bəlkə də inanmazsınız. Nə qədər insan buna görə mənə zəng edir. Dünən də bahalı iti ilə evdən çıxarkən şəkli çəkilib və mediada yayımlanıb. Bir ingilis dostum mənə zəng etdi ki, sizin həmyerliniz ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib”.

Manevr.az xəbər verir ki, bunu Londonda yaşayan keçmiş millət vəkili Rza İbadov modern.az-a müsahibəsində deyib. Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın bahalı həyatı haqda İngiltərə mediasında yazılanlara münasibət bildirən R. Ibadov deyib ki, əslində Londonda vəkillər məsələni uzadıblar: “Guya ki, pulları halal yolla qazandığı araşdırılacaq. Hamımız bilirik ki, bu pullar halal yolla qazanılmayıb. Zamirə Hacıyevanın bədxərcliyinin əziyyətini bütün Azərbaycan xalqı çəkir. Təqaüdçülər, müəllimlər çəkir. Azərbaycan iqtisadiyyatına ən böyük zərbəni Beynəlxalq Bankın rəhbərliyi etdi, neftin pullarını havaya sovurdular, devalyasiyaya səbəb də bu cür hallar oldu. İngiltərədə o cür hallara çox pis baxırlar. Zamirə Hacıyevanın alış-veriş etdiyi dükana yaxın yerdə yaşayıram. Başqa yerdə satılan əşyalar 5 funtdursa, orada 15 funtdur. Orada qiymətlər çox yüksəkdir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar