Sizin Reklam Burada
Xəbər lenti
25-01-2025
24-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Bankların faiz dərəcələri soyğunçu xarakter daşıyır” - Deputat yeni təkliflər hazırlayır

Tarix: 31-10-2018 15:12     Baxış: 3237 A- / A+
“Bankların faiz dərəcələri soyğunçu xarakter daşıyır” - Deputat yeni təkliflər hazırlayır

Oktyabrın 30-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq+/-2% olması barədə qərar qəbul edib.

Manevr.azxəbər verir ki, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli modern.az-a bildirib ki, Mərkəzi Bankın uçot dərəcələrinin aşağı salması müsbət hesab edir:
“O nöqteyi-nəzərdən ki, Azərbaycanda inflyasiya 3 faizin altındadır. Ona görə də tədricən uçot dərəcələrinin aşağı salınmasını müsbət qiymətləndirirəm. Amma Azərbaycan azsaylı ölkələrdən biridir ki, Mərkəzi Bankın uçot dərəcələrinin yuxarı və ya aşağı salmasının ölkədəki faiz dərəcələrinə heç bir təsiri yoxdur. Mərkəzi Bankın uçot dərəcələri aşağı olanda da bankların faiz dərəcələri soyğunçu xarakter daşıyır. Yuxarı olanda da. İqtisadiyyatın real sektoru ilə lazımı səviyyədə əlaqəsi yoxdur”.
Deputat bank sektoru ilə bağlı yeni təkliflər layihəsi hazırladığını deyib:
“Neftdən kənar sahənin maliyyə təminatının dəstəkverici amilinə Azərbaycan banklarını çevirmək üçün tamamilə başqa bir fəlsəfənin üzərində işləyirəm. Əgər həmin sistem köklü surətdə dəyişsə, Azərbaycan bankları real sektora üz tutsa, eyni zamanda dollarla olan kreditlər problemi də insaflı şəkildə həll olunsa, o zaman Azərbaycanın maliyyə, bank sisteminin gələcəyi var. Ancaq sadaladığım məsələlər həll edilməsə, Azərbaycanda bank sektorunun yaxşı gələcəyi yoxdur”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar