Xəbər lenti
Bakıda əxlaqsızlıq cinayəti: pulu bölərkən yaxalandılar – Şok təfərrüat
Bakıda əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Məlahət Babayevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Məlahət Babayeva bundan əvvəl Sabunçu rayon Məhkəməsinin 16 mart 2016-cı il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddələri ilə təqsirli bilinib və 454 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.
Məhkumluğu götürülməmiş yeni cinayət törətdi
O, 12 iyul 2016-cı il tarixdə Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya haqqında qərarının 1.6-ci bəndinə əsasən, cəzadan azad edilib. Qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və cərimə ödənilmədən gəlir əldə etmək məqsədi ilə yenidən eyni əməllər törətməyə başlayıb.
İstintaq sənədlərinə görə, Məlahət Babayeva müştərilərlə cinsi əlaqədə olmaq müqabilində zərərçəkmişlər – Səbinə Vəliyeva və Ləman Səlimovanın hər birinə 40 manat məbləğində pul verəcəyini bildirib və onları fahişəliyə cəlb edib.
100 manat qarşılığında intim münasibət
Belə ki, o, 9 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 46 ünvanında fəaliyyət göstərən “Connect TV” şirkətinin qarşısında 100 manat məbləğində pul müqabilində hər iki qadını Faiq Əliyev və Səlim Səmədova təqdim edib. Həmin 100 manatdan 20 manat özünə götürüb.
Həbs və ittiham
Bu zaman Məlahət Babayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
İstintaq orqanı tərəfindən Məlahət Babayevanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə ittiham elan edilib.
“Cinsi əlaqədə olmaq üçün oteldə görüşdüm”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məlahət Babayeva bildirib ki, yanvarın 9-da axşam vaxtı tanımadığı mobil telefon nömrəsindən tanışı Səlim ona zəng edib, Faiq adlı şəxsin onunla görüşmək istədiyini bildirib: “Bunu Farizin özü də təsdiq edib. Bundan sonra həmin şəxslərin təklifi ilə məhz özüm cinsi əlaqədə olmaq üçün saat 22 radələrində “Caspian” otelində həmin şəxslərlə görüşdüm”.
“Otağa mülki geyimli şəxslər girdi”
Məlahət Babayevanın ifadəsinə görə, bu zaman Səlimin yanında olan Faiqi bundan əvvəl də digər qadınları fahişəliyə təhrik etməyə cəhd göstərən şəxs kimi tanıyıb: “Bununla bağlı Səlimə iradımı bildirdim, otağa bir neçə nəfər mülki geyimli şəxs daxil oldu. Onlar polis əməkdaşları olduqlarını bildirdilər. Həmin vaxt otağın girişində iki nəfər qadın da vardı. Həmin qadınlardan biri mənim əvvəlcədən tanıdığım Səbinə idi, digər qadını isə tanımırdım. Polislərin yanında Səlim Səbinəyə məcburən hansısa məbləğdə pul verdi və bundan sonra polis əməkdaşları bizim hamımızı avtomobillərə mindirib, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə apardılar. Həmin idarədə polis əməkdaşları məni məcbur etdilər ki, özlərinin diktə etdikləri kimi izahat verim”.
“İki qadını təqdim etdi”
Şahid qismində ifadə verən Faiq Əliyev bildirib ki, polis əməliyyatından xəbərsiz olub: “Mən və dostum Səlim cinsi əlaqədə olmaq üçün yanvarın 9-da, saat 20 rədələrində Məlahətə zəng etmişik, bizə qadın tapmasını təklif etmişik. Bundan sonra saat 22 rədələrində “Connect TV” şirkətinin qarşısında Məlahət ilə görüşdük. Məlahət məndən aldığı 100 manat pulun müabilində bizə əvvəlcədən tanımadığımız iki qadını təqdim etdi. Həmin qadınlarla cinsi əlaqəyə girmək üçün özümün yaşadığım mənzilə getmək istəyərkən, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıq. Məlahətdən mənim verdiyim iki ədəd 50 manatlıq əsginaslar götürüldü”.
“Faiq mənə 120 manat pul verdi”
İş üzrə ifadə verən Səbinə Vəliyeva hadisənin məhz Məlahətin təsvir etdiyi kimi olduğunu deyib. O, bildirib ki, əslində yanvarın 9-da, axşam vaxtı onu Məlahət “Connect TV” şirkətinin qarşısına deyil, tanışı Səlim mobil telefonla zəng etməklə “Caspian” otelə dəvət edib: “Təxminən saat 22 rədələrində otelə gəldim. Orada Səlimdən başqa daha bir kişi (Faiq) və tanımadığım bir qadın vardı. Həmin qadınla Səlimin dediyi otağa daxil oldum. Orada əvvəlcədən tanıdığım Məlahətin və sonradan polis əməkdaşları olduğunu bildiyim bir neçə nəfər mülki geyimli şəxsləri gördüm. Həmin anda Faiq mənə 120 manat pul verdi. Bundan sonra otağda olan mülki geyimli polis əməkdaşları bizi polis idarəsinə apardılar. Orada polis əməkdaşları məni də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdilər, məcbur etdilər ki, onlar diktə etdikləri kimi izahat verim”.
Bəraət hökmü
Nərimanov rayon Məhkəməsində aparılan araşdırma zamanı Məlahət Babayevanın törətdiyi əməl sübuta yetirilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokuror Məlahət Babayevanın barəsində olan bəraət hökmünün ləğv edilməsini, ona cəza verilməsini istəyib.
Prokurorluğun protestinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim heyəti şikayətin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunmayıb.
Bu qərardan narazı qalan prokuror kasasiya şikayəti verib. Prokuror Ali Məhkəməyə ünvanlandığı şikayətdə Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını, Məlahət Babayevaya ittiham hökmünün çıxarılmasını istəyib.
Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada prokurorun kasasiya protesti araşdırılıb, sonda qərar elan edilib. Qərara görə, prokurorun protesti təmin olunmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar