Xəbər lenti 
					
 
		Ermənilər bu kəndi niyə boşaldıb? - Video

Ermənistanın sərhəd kəndlərinin son illərdə düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, NaxçıvanTV Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın Arevis kəndinin görüntülərini yayıb. Xəbərdə bildirilir ki, Naxçıvanla həmsərhəd olan kəndlər uzaqdan sanki xarabalığı xatırladır. Artıq bu kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti sanki onları biryolluq unudub.
Kəndin küçələrindəki cığırları ot basıb. Yolların kələ-kötür, səliqəsiz relyefi ümumiyyətlə, bura uzun illərdir insan ayağının dəymədiyini göstərir. Təmirsiz binalar, damları uçuq evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər 21-ci əsrdəki erməni kəndlərinin real simasına çevrilib.
İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var. Cansıxıcı Arevis kəndinin ərazisində dağılmış evlərin sayı abad binalardan dəfələrlə çoxdur.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















