Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dilqəm Əsgərov baba olacaq

Tarix: 31-10-2018 06:55     Baxış: 3190 A- / A+
Dilqəm Əsgərov baba olacaq

Erməni girovluğundakı Dilqəm Əsgərov baba olacaq.
Bu barədə modern.az-a onun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov sevinc və kədər hissini bir arada yaşadığını qeyd edib:

"Bilmirəm sevinim, yoxsa kədərlənim. Zəng gəldi, ata olacağımı dedilər. Qəribəsi də budur ki, həmin gecə atamı yuxumda görmüşdüm.

Gördüm ki, atam girovluqdan qayıdır, Tərtər çayın keçir ki, evə gəlsin. İnşallah bu yuxumun çin olacağına inanıram. İnanıram ki, atama qovuşmağım yuxu yox, real olacaq".

Girovun oğlu şad xəbəri növbəti məktubunda atasına yazacağını deyib.

Qeyd edək ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar