Xəbər lenti
Ata oğlunun öldüyünü bilə-bilə "Səni axtarıram"a çıxdı - ŞOK İDDİA
Öncə birinci həyat yoldaşı tərəfindən bıçaqlandığı, sonra ikinci arvadının yanında olduğu deyilən Fuad Həsənov barədə yeni detallar hər kəsi şoka salıb.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, studiaya gələn anonim zəng, "Səni axtarıram"da oğlunu axtarışa çıxan Qazax Həsənovun yalanının üstün açıb.
Belə ki, oğlundan bir aydır heç bir xəbəri olmadığını deyən Qazax kişinin yalan danışdığını bildirən telefon arxasındakı adı açıqlanmayan qadın bunları deyib:
"Gülnarı məndən yaxşı tanıyan olmaz. Qazax dayı yaxşı bilir oğlu haradadır. Bu Gülnarın bir quramasıdır ki, o kişi ora çıxıb. 1 il bundan qabaq Gülnarla münasibətimiz yarandı. Mənə dedi ki, "Fuad adlı bir polis işçisi var, pensiyaya çıxıb, ailəsindən də boşanıb. Qızları ailə qurub, nəvəsi var. Göygöldə yaşayırlar. Maşını var, 400-500 gəliri var. Mənə də belə kişi lazımdır". Gülnarın da əri Gülnarı iki uşaqla belə işlərinə görə atdı getdi. Gülnar dedi ki, "Fuad üçün qız dünyaya gətrimək istəyirəm. Mal-mülkü uşağın adına keçirib, Fuaddan boşanıb aliment tələb edəcəm" dedi. Gülnarın vaxtı ilə münasibətdə olduğu oğlan Fuadın dostu idi. O oğlana yazdım ki, Fuad harada? Cavab verdi ki, Fuad 1 ay bundan qabaq qəzaya düşüb, ölüb. Wathsapp-ımda da var".
Qadının açıqlaması hər kəsi çaşbaş qoyub.
Qeyd edək ki, nəvə sahibi olan Fuad Sultan adlı həyat yoldaşından gizlin başqa bir qadınla münasibətdə olub və ailə qurub. Fuadın atası 1 aydır yoxa çıxdığı deyilən oğlunun itməsində birinci gəlini Sultanı təqsirləndirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar