Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda atalıq məzuniyyətinə çıxa bilərsiz - Kişilərin DİQQƏTİNƏ!

Tarix: 30-10-2018 19:48     Baxış: 2273 A- / A+
Azərbaycanda atalıq məzuniyyətinə çıxa bilərsiz - Kişilərin DİQQƏTİNƏ!

Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxa bilərlər.

Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, amma çox az sayda kişinin atalıq məzuniyyətindən xəbəri var.

Ölkədə nəinki analar, həm də atalar məzuniyyətə çıxıb yeni doğulan körpəyə baxa bilərlər.

Əbülfət Bayramov – ƏƏSMN-in şöbə müdirinin müavini: "Əmək Məcəlləsinə görə məzuniyyət verilir. Bu halda da kişi işə götürənə müraciət edir. 14 gün məzuniyyət verilir”.

İki həftəlik atalıq məzuniyyəti bağlanan müqavilədən asılı olaraq ödənişsiz və ya ödənişli ola bilər. Lakin, əsasən bu məzuniyyət atanın şəxsi maaşından hesablanır.

Musa Quliyev – Millət vəkili: "Azərbaycanda ailə institutunun başçısı atadır. Qanunvericilik də buna imkan verir. Klassik ailə institutu qalıb deyə, nənələr də bu işə qoşulur və nəticədə ata məzuniyyət götürmür”.

Lakin atalara ayrılan bu məzuniyyət loru dildə desək onların nə işinə, nə də cibinə yaramır. Elə bu səbəbdən atalıq məzuniyyətini seçənlərə rast gəlmək olmur.

Əhməd Qəşəmoğlu – Sosioloq: "Cəmiyyətdə məzuniyyət sözü analarla daha çox bağlıdır. Atalar bunu özü üçün aşağılıq kimi başa düşür”.

Əksər xarici ölkələrdə atalıq məzuniyyəti ilə bağlı sabit qaydalar var. Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Almaniyada valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə də 14 həftəlik olan atalıq məzuniyyəti məcburidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar