Xəbər lenti
“Mənə 150 manatlıq quzu kəsilibsə, 100 manatını İntizam Komissiyasına verməliyəm?!”
“Mən inanmıram ki, Milli Məclisin 119 deputatı etik davranışı poza və 3 iclasda iştirak etmədiyinə görə İntizam Komissiyasının siyahısına düşə. Bəlkə valideynlərini də çağırıb danlayalar? Məsələni bu cür qoymağı qəbul etmirəm. Bizi 30-40 min adam deputat seçib. İndi İntizam komissiyası deməlidir ki, Aqil Abbas sənə yaxşı yol. Məni siz seçmisiniz?”.
Manevr.az-ın moderator.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin Daxili Nizamnaməsinə, “Milli Məclis deputatının statusu” və “Milli Məclis deputatının etik davranış qaydaları” ilə bağlı qanuna dəyişiklik layihələrinə münasibət bildirərkən deyib.
A.Abbas deyib ki, qanuna edilən dəyişiklik təklifinə görə, deputat 55 manatdan yüksək olan hədiyyəni İntizam Komissiyasına təqdim etməlidir.
“Bütün dünyada 50 dollardan artıq hədiyyə alan deputatlar həmin hədiyyəni parlamentin muzeyinə təqdim edirlər. Neçə illərdir heç kim mənə hədiyyə vermir. İndi əgər mən Füzuliyə getmişəmsə, orada mənə 150 manatlıq quzu kəsilibsə, indi mən onun 100 manatını İntizam Komissiyasına verməliyəm?”
O bildirib ki, deputatın mandatı yalnız onun seçiciləri tərəfindən əlindən alına bilər.
“Daha İntizam Komissiyasında toplanan 9 nəfərə görə mandat geri alına bilməz. Bu, düzgün deyil. Layihəyə səs verəcəyik. Amma hədiyyə və mandat məsələsinə səs verməyəcəyəm. Mənə elə gəlir ki, bu məsələyə diqqət etməliyik. Deputat mandatına xitam verilməsi məsələsi Milli Məclisdə müzakirə edilməli və onun mandata layiq olub olmadığı müəyyənləşdirilməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar