Xəbər lenti
Bu qanunu pozanlar SƏRT CƏZALANDIRILACAQ: 10 min manat cərimə, həbs və...
Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilib.
Manevr.az-ın xəbərinə görə, qanun layihəsi barədə millət vəkili Əli Hüseynli məlumat verib.
O bildirib ki, yerin təkinin qorunması ilə bağlı həm Cinayət Məcəlləsi, həm də İnzibati İcraat haqqın qanunda cəzalar sərtləşdirilir.
Dəyişikliyə əsasən, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozanların 6 min manatdan 10 min manatadək cərimələnməsi, yaxud da üç ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Yaxud bir ilədək müddətdə islah işləri və ya bir ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya ağır nəticələrə səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar