Xəbər lenti
Azərbaycan məhkəmələrinə yeni hakimlər təyin olunacaq - SİYAHI
Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Manevr.az “report”-a istinadən xəbər verir ki, Milli Məclisə daxil olan layihəyə əsasən, Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimi təyin olunacaq.
Bundan başqa, Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin ediləcək.
Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Hüseyn Aida Əli qızı “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin olunacaqlar.
Hüseynzadə Afiq Hüseyn oğlu və Mamedov Rəşad Ziyaviddin oğlu Gəncə Apellyasiya Məhkəməsinin, Babayeva Hökümə Çingiz qızı, Əsgərova Ruhiyyə Orucəli qızı, Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin, Abbasov Fehruz Novruz oğlu, Həsənov Müşfiq Kamil oğlu, Kərimov Taleh Suliddin oğlu Şirvan Apellyasiya Məhkəməsinin, Eyvazov Akif Məhərrəm oğlu, Mahmudov Ayaz Akif oğlu Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilir.
Layihənin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilməsi gözlənilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar