Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kimyəvi təmizləməyə pul xərcləməyəcəksiniz

Tarix: 29-10-2018 07:08     Baxış: 3218 A- / A+
Kimyəvi təmizləməyə pul xərcləməyəcəksiniz

Havalar soyuduqca daha qalın və rahat geyimlər seçməyə çalışırıq. Qış aylarının ideal üst geyimi isə artıq uzun illərdir, sintepon materiallı gödəkçələrdir. Lakin zaman keçdikcə bu geyimlər də çirklənib, ləkələnir. Xüsusən yağış, xanımlara tanış olan tonal krem və s. ləkələrdən sonra gödəkçələrin ilk günkü görünüşündən əsər-əlamət qalmır. Kimyəvi təmizləmə xidməti isə çoxumuzun cibinə uyğun deyil.
Pux materiallı gödəkçələrimizi evdə özümüz yuyaq. Bunun üçün 7 qızıl qaydaya əməl etmək lazımdır.
Manevr.az həmin qaydaları təqdim edir:
Bu şərtlərə əməl edərək, yuduğunuz gödəkçələriniz, təravətli və tər-təmiz olacaq.

1 Öncə gödəkçənin zəncirbəndini (zamok) sonadək bağlayın, üzərində xəz varsa çıxardın. Gödəkçəni tərs üzünə çevirin.

2 Paltaryuyan maşında yalnız gödəkcəni yuyun.

3 Maşının barabanına gödəkçə ilə birgə bir neçə ədəd ya rezin ya da tennis topu atın ki, içərisindəki pux yumaq şəkilinə düşməsin. Əgər tennis topu qoyacaqsınızsa, öncədən topları yuyun.

4 Yalnız və yalnız maye təmizləyici vasitə istifadə edin. Təmizləyici toz vasitə qətiyyən olmaz!

5 Paltaryuyan maşının ən incə geyimlər üçün olan rejimini tənzimləyin. Suyun istiliyi 30 dərəcədən isti olmamalıdır. Sıxma funksiyasını isə minimal sürətdə ayarlayın (məs: 400).

6 Pux materiallı gödəkçəni mütləq havada qurutmaq lazımdır. Onu səliqə ilə asıb, aradabir götürüb, ehmalca çırpın. Bu zaman içərisi yumaq kimi qalmayacaq, və daha tez quruyacaq.

7 Yadda saxlayın ki, bu materialdan olan gödəkçələrin quruma prosesi bir neçə gün vaxt alacaq. Bütün planlarınızı da buna görə tənzimləyin. Yəni hava şəraiti və bir neçə gün bu gödəkçənizi digər üst geyimi ilə əvəzləmək imkanlarınızı nəzərə alın./publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar