Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Universitetlərdə mobil telefonların istifadəsi qadağan edilməlidirmi?

Tarix: 29-10-2018 06:48     Baxış: 3234 A- / A+
Universitetlərdə mobil telefonların istifadəsi qadağan edilməlidirmi?

Təhsil dünyasının son dövrlərdəki ən qızğın müzakirələrindən biri "Dərs müddətində texnoloji cihazların istifadəsinə məhdudiyyət tətbiq edilməlidirmi?" sualıdır. Bir çox universitet professoru bu mövzuda araşdırmalar aparıblar.

Harvard Universitetinin professoru Martin West son illərdə tədris etdiyi "Amerikada Siyasət və Təhsil" dərsinin artıq internet kafeyə çevrildiyini bildirir.

Manevr.az moneta.az-a istinadən bildirir ki, Miçiqan Universitetindən Susan M. Dynarski isə, "Universitetdə daha yaxşı təhsil almaq üçün laptop-larınızı tərk edib əlinizə qələm alın" adlı bir məqalə yazıb. Məqalənin araşdırdığı mövzu isə: müasir öyrənmə mühiti, elektron cihazlarla daha məhsuldar olmaq mümkündürmü?

Rutgers Universitetindən professor Arnold Glass tələbəsi Mengxue Kang ilə birlikdə bu məsələ ilə bağlı bir tədqiqat aparıblar.

Tədqiqat Rutgers Universitetindəki fərqli vaxtlarda eyni psixologiya dərsinə qatılan 118 tələbəni əhatə edir. Tələbələrə dərsin ilk yarısında elektronik cihazlardan istifadəyə icazə verilir, ikinci yarısında isə, elektronik cihazlardan istifadə məhdudlaşdırılır.

Tədqiqat müddətində hər gün imtahana girən tələbələr yarım ilin sonunda da bir final imtahanı verdilər. Gündəlik imtahanların nəticələri tələbələrin dərsdə texnoloji cihazlardan istifadənin heç bir təsirinin olmadığı aşkarlandı. Lakin, final imtahanının nəticəsi isə tamamilə başqa idi. Tələbələr imtahanın dərsdə texnoloji cihazlardan istifadəsinə icazə verildiyi müddətdə keçilən mövzularla bağlı hissədə aşağı nəticə göstərdilər.

Professor Glass belə bir nəticəyə gəldi:

"Tələbələr bir neçə dəqiqə sonra professorun nə dediyini xatırlasalarda da, bir həftə sonra sual verildiyində tək xatırladıqları həmin dərsdə iştirak etməkləri olur. Dərsdə nə deyildiyini xatırlamırlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar