Xəbər lenti
Ekzüperidən unikal tərbiyə üsulları
Fransız yazıçısı Antuan Sent Ekzüperinin “Qala” romanı yəqin ki, ən güclü əsəridir. Yazar bu romanı tam bitirmədən dünyasını dəyişsə də, əsər kitab halında nəşr edilib. Əsərdə xatirə xarakterli hekayələr, həyat, müharibə hətta uşaqların düzgün tərbiyəsinə aid maraqlı fikirlər var.
Manevr.az yazıçının uşaqların düzgün tərbiyəsi haqda dünyaya səs salan fikirlərini bölüşür:
Sizin borcunuz balacalarda insanlığı öldürmək, qarışqa kimi əzmək deyil. Məni insanların məmnuniyyəti zərrə qədər maraqlandırmır, onların daxilindəki mərhəmət hissi narahat edir. Əsas qayğım insanların xoşbəxtliyidir.
Uşaqlarınızın önünə hazır formul qoymayın. Mövcud problemin təsvirini, rəsmlərini izah edin ki, çıxış yolunu özü tapa bilsin.
Onları ölü faktlarla yükləməyin. Yeni macəraları birgə yaşamağı öyrədin.
Mənimsəyə bilmədiklərinə görə alçaltmayın. Çətinliklərdə büdrəməyən insan kifayət qədər böyük məsafə qət edə bilməz.
Onlar istehza etməyi sevirlər. Qəlblərinə sevgi, hörmət toxumları əkib, bu yolun yanlış olduğunu izah edin.
Əsas mübarizəniz onların xəsisliyi olsun. Anlayın ki, insan özünü xərcləmədən, müdrikləşə bilməz.
Onlarda düzgün düşüncə və dua etmək bacarığı formalaşdırın. Məhz bunlar sayəsində ürək də böyüyür. Sevgini heç bir hissin əvəz edə bilməyəcəyini izah edin övladlarınıza... Özlərinə olan sevginin digərlərinə nisbətən az olmağında fayda var.
Yalan və xəbərçiliyə alışmasınlar. Bəli bəzən bu bacarığımız bizi xilas edir. Amma güc yalnız sədaqətdən və dürüstlükdən doğur. Bu gün xırda bir oyuncağını satan uşaq, sabah ən yaxın dostlarını hətta sizi dəyər-dəyməzə sata bilər.
Onlara "hər zaman bağışlamaq lazımdır" kimi əfasənələr öyrəməyin. İnsanın ləyaqəti təhqir olunduğu təqdirdə bağışlamaq məcburiyyətində olmadığını da izah edin./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar