Xəbər lenti
Azərbaycanda YENİ QANUN LAYİHƏSİ: Bundan sonra işçilər...
Azərbaycanda Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə ilə bağlı olan şəxslər vaxtaşırı psixoloji müayinədən keçəcəklər.
Manevr.az xəbər verir ki, bu məsələ yeni hazırlanan "Psixoloji yardım haqqında" qanun layihəsinə daxil edilib.
Layihəyə əsasən, Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə ilə bağlı olan şəxslər ödənişsiz, yəni işəgötürənin vəsaiti hesabına vaxtaşırı psixoloji müayinədən keçməli, zərurət olduqda psixoloji yardımla təmin edilməlidirlər.
Ödənişsiz əsaslarla psixoloji tibbi yardım almaq hüququna həm də məktəbəqədər və orta təhsil müəssisələrində təhsil alanlar, tutulmuş və həbs edilmiş, cəza çəkməkdən azad edilmiş şəxslər, Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçular, sosial xidmətə cəlb olunmuş şəxslər, fövqəladə hallar zamanı zərər çəkənlər və onların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, tibbi-sosial reabilitasiya zamanı əlilliyi olan şəxslər və onların ailə üzvləri malik olacaqlar.
Şəxs yaşayış yeri üzrə dövlət ambulator-poliklinika müəssisəsində və həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində ödənişsiz psixoloji yardım ala bilər.
Qanun layihəsinə görə, yuxarıda qeyd edilən şəxslər, yəniödənişsiz psixolji yardım almaq hüququna malik olan şəxslər istisna olmaqla, psixoloji yardım alan digər şəxsin arzusu ilə ona bu yardım anonim də göstərilə bilər.
Qeyd edək ki, "Psixoloji yardım haqqında" qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar