Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu cür pomidorlar ciddi təhlükə mənbəyidir- Ekspertlər həyəcan təbili çalır

Tarix: 28-10-2018 07:40     Baxış: 2236 A- / A+
Bu cür pomidorlar ciddi təhlükə mənbəyidir- Ekspertlər həyəcan təbili çalır

Paytaxtda satışda üzərində ağ düyünlər olan pomidorlar var. Ekspertlər belə pomidorların xərçəng xəstəliyinə səbəb ola biləcəkləri barədə xəbərdarlıq edirlər. "XəzərXəbər” həmin pomidorları lentə alıb və hansı səbəbdən bu cür təhlükəli olduğunu araşdırıb. Məsələyə Qida Təhlükəsizliyi Agentliyi də münasibət bildirib.

Pomidora oxşasa da, üzərində ağ rəngdə olan bu yumru hissələr onun tərkibi ilə bağlı ciddi şübhələr yaradır.

Bu qəribə görünüşlü pomidorlar paytaxt küçələrində satılır. Nicat adlı paytaxt sakini də onu 7-ci mikrorayon ərazisindən alıb.

Nicat deyir ki, pomidoru satan şəxs yumruların zərərsiz olduğunu desə də, o, bu tərəvəzin tərkibini araşdırmaq qərarına gəlib. Ekspertlər ona bu cür pomidorların ciddi təhlükə mənbəyi olduğunu deyiblər.

Məsələ ilə bağlı danışan qida mühəndisi İsa Əliyev deyir ki, pomidorun üzərindəki bu hissəciklər zərərli kimyəvi tərkibli dərmanlardan istifadə nəticəsində meydana gəlib və istehlak üçün zərərlidir. Üstəlik, belə məhsullar xərçəng xəstəliyinin yaranmasına, hətta oğlan və qızlarda yetkinliyin erkən yaşlarda başlamasına belə gətirib çıxara bilir. İsa Əliyevin sözlərinə görə, zərərsiz pomidoru digərlərindən fərqləndirməyin sadə yolları var.

Qida Təhlükəsizliyi Agentliyindən isə "XəzərXəbər”ə bildirildi ki, hansısa qidada şübhəli halla rastlaşan vətəndaşlar qurumun 1003 qaynar xəttinə zəng edə bilərlər. Bundan başqa, vətəndaşlar Qida Təhlükəsizliyi İnstitutuna da müraciət etməklə şübhəli məhsulun tərkibini yoxlatdıra bilərlər. Çünki yalnız labarator analizlərdən sonra məhsulların tərkibi barədə dəqiq məlumat vermək mümkündür./ovqat.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar