Xəbər lenti
“Gənclərimizin internet üzərindən tanış olub ailə qurmaları elə bir qlobal problem deyil”
“Keçmişdə tanışlıq idi, kimlərinsə vasitəsi ilə insanlar tanış olurdurlar. Bu gün internet dövrü olduğu üçün gənclərimiz özləri tanış olmağa, yəni öz fikirlərini, istəklərini özləri birbaşa ifadə etməyə başladılar”
Bu gün insanların internet üzərindən tanış olub ailə qurmaları cəmiyyətimizdə heç də birmənalı qarşılanmır. Bir çox insanlar bu cür evliliklərin qəbul edilməz olduğunu vurğulayır. İnternet vasitəsi ilə ailə quranların çoxunun uğrusuzluğa düçar olduğunu deyirlər.
Bəs internet üzərindən qurulan ailələr nə qədər uğurlu ola bilir?
Psixoloq Vəfa Əkbər moderator.az -a açıqlamasında bildirdi ki, bu cür ailə quranların uğurlu və ya uğursuz olması ilə heç bir əlaqəsi yoxdur:
“Əslində hər bir dövrün öz tələbatı var və biz buna üsyan etməkdənsə, bununla ayaqlaşsaq problemləri daha aydın görə bilərik. Keçmişdə tanışlıq idi, kimlərinsə vasitəsi ilə insanlar tanış olurdurlar. Bu gün internet dövrü olduğu üçün gənclərimiz özləri tanış olmağa, yəni öz fikirlərini, istəklərini özləri birbaşa ifadə etməyə başladılar. İnsan özü səhv edəndə onu bərpa etmək gücü olur, başqasının səhvlərini isə bərpa etmək gücləri olmur, çünki bilmir ki, bu yola necə girib və kimlərinsə yenidən bu məsələni yola qoymalarını gözləyirlər. Bu gün hər bir işimiz sosial şəbəkə vasitəsi ilə həyata keçir. İnternet üzərindən evlənən ailələrin uğursuz ailələr olduqlarını cəmiyyətimizdə həmişə deyirlər, amma gəlin baxaq görək keçmişdə tanışlıq üsulu ilə evlənənlərin neçəsi xoşbəxt idi? İnanın ki, bu ailələrin də yüzdə doxsan faizi narazıdır. İnternet üzərindən qurulan ailələrdə də uğurlu olanı da var, olmayanı da. İnsanların əksəriyyəti internet vasitəsi ilə tanış olarkən özlərini gizlədə bilirlər. Məsələn, olmadıqları kimi özlərini təqim edə bilirlər. Yaxşı olardı ki, internet üzərindən tanış olan insanlar real həyatda da o, insanı tanımağa çalışsınlar. Mən düşünürəm ki, bu problem elə də qlobal problem deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar