Xəbər lenti
Flora Kərimova yeni vəzifəyə seçildi
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin nəzdində Şəhid Anaları Komitəsinin yaradılıb və xalq artisti, DAMMİB Qadınlar Şurasının sədri Flora Kərimova həmin komitəyə sədr seçilib.
Manevr.az azxeber.com-a istinadən xəbər verir ki, İctimai Nəzarət Koalisiyasının Mərkəzi Qərərgahında SİMİB-nin növbəti konfransı öz işinə başlayıb.
Əvvəlcə İNK nəzdindəki fəaliyət göstərən Heydər Əliyev və İlham Əliyev İctimai Muzeyində SİMİB sədri Rasim Məmmədovun geniş məruzəsi dinlənilib.
İNK İH-nin sədri, DAMMİB I vitse-prezidenti, SİMİB-nin rəhbəri Rasim Məmmədov sədr müavini, İNK baş katibi Aydın Xan Əbilov, İNK İH-nin sədr müavini Asif Mərzili, İNK KİV Departamenti Valeh Mirzə və başqa rəsmilərin iştirak etdiyi mötəbər tədbirdə ictimaiyyətin nümayəndələri, KİV əməkdaşları iştirak ediblər.
İNK İH-nin sədri, DAMMİB I vitse-prezidenti, SİMİB-nin rəhbəri Rasim Məmmədov çıxışında sədri olduğu təşkilatın son bir ildə həyata keçirdiyi layihələr və fəaliyyət istiqamətləri barədə məlumat verdi. Yaxın vaxtlarda həyata keçiriləcək layihələr, reallaşdırılacaq fəaliyyət istiqamətləri haqqında danışan R.Məmmədov sözü baş katibə verib.
İNK baş katibi Aydın Xan Əbilov SİMİB haqqında geniş məlumatlar verəndən sonra təşkilatın nəzdində Şəhid Anaları Komitəsinin yaradıldığı, xalq artisti DAMMİB Qadınlar Şurasının sədri Flora Kərimovanın ora sədr, Dilarə Həsənovanın sədr müavini, Xatirə Əziz Rəhimovanın katibi kimi namizədliyini irəli sürüb və konfrans iştirakçıları yekdikliklə səs verərək namizədlərin seçimini təsdiqləyiblər.
Daha sonra Konfrans iştirakçıların səsverməsi ilə İH-nin üzvləri, eləcə də Rasim Məmmədov iki il müddətinə SİMİB-yə sədr, Aydın Xan Əbilov, Ülviyyə Murtuzova, Səbuhi Rəcəb isə sədr müavinləri, Valeh Mirzə isə mətbuat xidmətinin rəhbəri seçiliblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar