Xəbər lenti
Tələbələrə şad xəbər: təqaüdlər artırılacaq
Gələn il Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq.
Manevr.az report-a istinadən xəbər verir ki, bu, ölkənin 2019-cu il üzrə dövlət büdcəsi zərfində əksini tapıb.
Sənəddə qeyd olunub ki, 2019-cu ildə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği artırılacaq. Gələn il tələbə təqaüdlərinin ödənilməsinə ümumilikdə 189,5 milyon manat vəsait ayrılacaq.
Eyni zamanda, dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 2274,6 milyon manat vəsait ayrılıb ki, bu da 2018-ci ilə nisbətən 230,6 milyon manat çoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar