Xəbər lenti
Diasporda baş verən təxribatla bağlı birgə araşdırmaya başlanıldı
Avropada Azərbaycan diasporunun bəzi nümayəndələri arasında son günlər baş verən təxribatın, bu səpkidə bəzi internet resurslarında yazılan qarşılıqlı ittihamların araşdırılması ilə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ölkənin müvafiq qurumlarına müraciət edib, baş verən hadisə nəzarətə götürülüb.
Manevr.az xəbər verir ki, bunu moderator.az-a Komitənin Mətbuat xidmətindən bildiriblər.
Komitədən bildirilib ki, hadisə ilə bağlı müvafiq dövlət qurumları ilə birgə araşdırmaya başlanılıb, nəticəsindən asılı olaraq məsuliyyət daşıyanlar istər Azərbaycanın, istərsə də yaşadığı ölkənin qanunları qarşısında müvafiq sorğu əsasında cavab verəcək: “Azərbaycanın diaspor nümayəndələrinə qarşı bəzi internet resurslarında baş verən təhqir, şəxsiyyət əleyhinə, milli dəyərlər və azərbaycanlıların birgə fəaliyyəti əleyhinə fikirlərdən ibarət yayılan materiallar birbaşa birləşdirici missiyaya qarşı ciddi təxribatdır. Son vaxtlar dünyadakı diaspor nümayəndələri arasında körpülərin yaradılması cəhdlərinə qarşı maneələr də bunun tərkib hissəsidir. Bütün bu çirkin əməllər araşdırılacaq və gələcəkdə də baş verməməsi üçün müvafiq addımlar atılacaq. Azərbaycan qüdrətli, dünya ölkələri arasında ciddi söz sahibi olan dövlətdir. Dünyadakı bütün vətənpərvər azərbaycanlılar öz tarixi vətənlərində qüdrətli Azərbaycana arxalana bilərlər” - Komitənin məlumatında bildirilir.
Qeyd edək ki, son vaxtlar bəzi diaspor rəhbərləri, onların ailələri haqqında naməlum mənbələrdən təhqir, hədə və aşağılayıcı məlumatlar yayılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar