Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Laçın rayonuna ermənilər köçürülür

Tarix: 26-10-2018 10:38     Baxış: 3280 A- / A+
Laçın rayonuna ermənilər köçürülür



Ermənistan işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasətini davam etdirir. Laçın rayonu ərazisində yaradılmış “Kaşataq rayonu”nun “administrasiya rəhbəri” Stepan Sərkisyan qanunsuz məskunlaşma ilə bağlı bəzi etiraflar edib.

Sərkisyanın sözlərinə görə, 2017-ci ildə 8 çoxuşaqlı ailə üçün həyət evləri tikilərək onların istifadəsinə verilib. Bu il isə həmin işlər davam etdirilib. S.Sərkisyanın sözlərinə görə, hazırda çoxuşaqlı ailələr üçün daha 18 ev inşa olunur. Onların bir neçəsi ilin sonunadək təhvil veriləcək, qalanlarında isə 2019-cu ildə qanunsuz məskunlaşanlar yerləşəcək. Məlumatda o da bildirilir ki, 2019-cu ildə Kəlbəcər ərazisində 50-yə yaxın ev tikiləcək. Bu evlərin 5 və daha artıq uşağı olan ailələrə verilməsi planlaşdırılır.

Ermənistan bununla paralel olaraq işğal zonasında çoxuşaqlılığı stimullaşdırmağa çalışır. Bundan əvvəl Qubadlı bölgəsində də qanunsuz məskunlaşma ilə bağlı məlumatlar yayılmışdı.

Beləliklə, işğalçı torpaqlarımızın birdəfəlik zəbti ilə bağlı öz məkrli siyasətini davam etdirir, ATƏT-in Minsk Qrupunun həmsədrləri isə gələn həftə regiona səfər edəcəkləri barədə “müjdə” verirlər./Karabakhmedia.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar